Yapı Kredi Bank Azərbaycan-da kompensasiya ödənişləri davam edir! | Banco.az

Yapı Kredi Bank Azərbaycan-da kompensasiya ödənişləri davam edir!

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların köçürülməsinə bu həftədən etibarən başlanmışdır.

Yapı Kredi Bank Azərbaycan müştərilərinin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək məqsədilə onlara öncədən SMS vasitəsilə məlumatlar göndərmişdir. Ünvanlanan SMS-də müştərilərin əldə edəcəyi kompensasiya məbləği, yaxınlaşmalı olduğu filial və tarix barədə məlumatlar yer alıb. Kompensasiyasını almaq üçün filiallara yaxınlaşan müştərilərin etibarlı şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.

Onu da əlavə edək ki, kompensasiyaların ödənişi prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə müvafiq olaraq Yapı Kredi Bank Azərbaycan-da yaradılmış İşçi qrupunun nəzarəti ilə həyata keçirilir. Müştərilərimiz onları maraqlandıran istənilən sualı bankın bütün filiallarındakı məsul əməkdaşlarımıza, *0444 Telefon Mərkəzinə və ya (012) 497 77 14 qaynar xəttinə ünvanlaya bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et