“Yanan ev balansa keçəndən sonra məcmu kapital məsələsi həll olunacaq” | Banco.az

“Yanan ev balansa keçəndən sonra məcmu kapital məsələsi həll olunacaq”

“Yanan ev balansa alınandan sonra ilin sonuna kimi Maliyyə Nazirliyinə müraciət edəcəyik”. Bunu bir qədər əvvəl lisenziyası dayandırılmış "Era trans” sığorta şirkətinin idarə heyətinin sədri Elşən Babayev deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin sadaladığı qüsurlar aradan qaldırılır. E.Babayev iri sığorta risklərinin təkrarsığorta şirkətlərinə ötürüləcəyini də vurğulayıb: “Tələblərə uyğun olaraq iri sığorta risklərini  təkrarsığorta şirkətlərinə ötürəcəyik. Bu  “AZRE” də ola bilər, iri sığorta şirkəti də.”

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkətinin sədri çatışmayan kapital məsələsinə də aydınlıq gətirib: “Yanan mənzillərə yeni çıxarış alınandan sonra onlar bizim balansımıza keçəcək. Ola bilər ki, mənzilləri təmir edib sataq. Həmin ərazi tikinti zonasına düşdüyü üçün tələb olunsa, ola bilər evin ərazisini sataq.” E.Babayev evin balansa keçdiyi halda təmir olunmasının 1 aya yaxın vaxt  aparacağını da deyib. Onun sözlərinə görə, evin dəyəri qiymətləndiriləndən sonra, çatışmayan məcmu kapital məsələsi də öz həllini tapacaq.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et