Yalnız xanımlar üçün plastik kartlar | Banco.az

Yalnız xanımlar üçün plastik kartlar

Xanımlar hər zaman fərqlənməyi sevir. Əgər onlara hamıdan fərqlənmək imkanı verən plastik kartları olsaydı, bu onları daha çox sevindirərdi. Bu dəfə banklarımızın xanımlar üçün özəl təqdim etdiyi plastik kartları araşdırmaq qərarına gəldik.

“Bir xanım üçün hazırlanmış özəl kart rəfiqələr arasında lovğalanmaq üçün əla bir fersət deməkdir”.

Düzdür banklarımız xanımlara 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində pulsuz plastik kartlar və endirimli kreditlər təklif edir, amma məxsusi xanımlar üçün nəzərdə tutulmuş məhsulların sayı demək olar ki, yox dərəcəsindədir.

Jasmine Card

Qadınlar üçün nəzərdə tutulmuş kart məhsullarından birini isə Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı  departamenti öz müştərilərinə təqdim edir.

VİSA Classik bazasında hazırlanmış bu kart, zərif dizaynı və xüsusi çiçək qoxusu ilə yalnız qadınların istifadəsi üçün yaradılmışdır. Bundan başqa, “Jasmine Card” sahibləri şəhərin bir çox ticarət obyektlərində bu kart vasitəsilə nağdsız ödənişlər (retail əməliyyatların) apardıqları zaman müxtəlif endirimlər əldə edə bilərlər.

“Jasmine Card” debet rejimində, eləcə də bank tərəfindən ayrılan borc limiti ilə də istifadə oluna bilər. Karta ayrılan borc limitinin uzadılması, borcun ödəmə müddətinin sonunda müzakirə olunur.

Müştəri tərəfindən qaytarılan borc kartın balansına yatırılır və beləliklə borc limiti bərpa olunur.Minimal sabit aylıq ödəniş - müştərinin istifadə etdiyi borc limitinin 10%-ni təşkil edir.

“Jasmine Card” üzrə tariflər:

Debet kartın dəyəri:

1 illik

25 manat

2 illik

40 manat

3 illik

50 manat

Borc limitli kartın dəyəri:

Kartın borc limiti

(AZN/ ABŞ dollar ekvivalenti)

İllik xidmət haqqı:

(AZN/ ABŞ dollar ekvivalenti)

1000

205

2000

385

3000

565

 

 

 

 

 

 

 

 

 

"Jasmine Card" üzrə illik xidmət haqqı müştəri tərəfindən Banka əvvəlcədən ödənilir.  Müştərinin istəyi əsasında komisyon haqqı ayrılan borc limitindən tutula bilər.

​Lady Card

Növbəti kredit kartını isə  xanımlara Rabitəbank təklif edir.

Lady Card qadınlar ücün nəzərdə tutulmuş kredit kartıdır. Evdar xanımlar iş yerindən arayışı olan şəxsin zaminliyi ilə 500 AZN/USD/EUR-dək kredit kartı ala bilərlər. İşləyən xanımlar isə iş yerindən arayış təqdim etməklə və ya iş yerindən arayışı olan şəxsin zaminliyi ilə 1000 AZN/USD/EUR-dək kredit kartı ala bilərlər. Daha yüksək kredit kartın alınması zaminlik təmin etməklə mümkündür.

Ətraflı: Evdar xanımlar şəxsiyyət vəsiqələrini və bir nəfər zamin (yaxın ailə üzvü) göstərməklə maksimum 500 AZN kredit xətti ilə əldə edə bilərlər. Çalışan xanımlar isə iş yerindən arayış və şəxsiyyət vəsiqəsini təqdim etməklə əmək haqqlarının 4 misli qədər (maksimum 1 000 AZN) kredit xətti açdıra bilərlər. Faiz dərəcələrinə gəldikdə isə: məbləğ kartdan çıxarılıb ilk 30 gün ərzində kartın hesabına qaytarılsa heç bir faiz ödənilmir. Ödənişə 31-ci gündən (2-ci aydan) etibarən başlansa illik 18%, 3-cü aydan başlansa – illik 26% təşkil edəcək. Faizlər vaxtında ödənilməlidir, əsas məbləğ isə müddətin sonunda ödənilə bilər. Lady Card nağdsız ödənişlər zamanı (online, POS Terminal vasitəsilə) istifadə oluna bilər.

Kredit kart hesabının açılması üçün 10 AZN/USD/EUR ödənilir.

Kredit kartından istifadə edilən zaman kredit borcuna 30 gün ərzində 0% faiz hesablanır.

Nağdlaşdırma zamanı isə Rabitəbank bankomatlarından istifadə etdikdə 1%, digər bankomatlardan istifadə etdikdə isə 1.5% komissiya haqqı tutulur.

Xüsusi dizaynlı qadınlar üçün kartlar

Bank Standard-dan Xanımlar (və bəylər) üçün məxsusi kartlar

Xüsusi dizaynı, sərfəli tariflər, istifadənin rahatlığı, sadəliyi və universallığı MasterCard Standard və VISA Classic kartlarını səyahətçilərin mütləq yol yoldaşı edir.

1 illik xidmət haqqı

15 AZN/USD/EUR; 10 GBP *

Əlavə kartın 1 illik xidmət haqqı

10 AZN (USD, EUR); 5 GBP *

2 illik xidmət haqqı

25 AZN/USD/EUR; 20 GBP *

Əlavə kartın 2 illik xidmət haqqı

15 AZN (USD, EUR); 10 GBP *

3 illik xidmət haqqı

35 AZN (USD, EUR); 30 GBP *

Əlavə kartın 3 illik xidmət haqqı

20 AZN (USD, EUR); 15 GBP *

Kartın pulsuz buraxılması üçün mədaxil olunmalı ilkin minimal məbləğ

1000 AZN/USD/EUR/GBP*

Ən sərfəli kredit üçün müraciət et

* GBP valyutasında göstərilən tariflər yalnız "MasterCard İnt" sisteminin kartlarına tətbiq olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et