"Yalnız 25 bankda İnternet bankçılıq, 14 bankda mobil bankçılıq var" | Banco.az

"Yalnız 25 bankda İnternet bankçılıq, 14 bankda mobil bankçılıq var"

Hazırda Azərbaycanda 20 bankda İnternet bankçılıq, 31 bankda mobil bankçılıq xidməti yoxdur.

Bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

“Bu gün Mərkəzi Bank tərəfindən banklara qoyulan tələb İnternet və mobil bankçılıq xidmətlərinin, innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Bu ilin hədəfi, banklarda ənənəvi bank xidmətlərinin, məsələn, hesabların açılması, idarə edilməsi, kreditlərin ödənilməsinin və s. məsafədən - intenet və mobil telefonlar vasitəsilə həyata keçirilməsinə nail olmaqdır”,- o deyib.

Ən sərfəli kredit üçün müraciət et

Kəmalə Qurbanova əlavə edib ki, artıq 10 bank təmassız (kontaksız) pos-terminal şəbəkəsinin qurulmasına və kontaksız kartların emissiyasına hazırdır.

Qeyd edək ki, Azərbaycanda 45 bank lisenziya alıb.

Ən sərfəli krediti almaq üçün müraciət et