Xüsusi mühafizə orqanlarının iPhone-a müdaxiləsinin qarşısı alına bilər | Banco.az

Xüsusi mühafizə orqanlarının iPhone-a müdaxiləsinin qarşısı alına bilər

Apple şirkəti iOS sistemlərinin idarəsinə sanksiyasız əlaqə tətbiq etmək istəyir. Bu yolla onlar təhlükəsizlik orqanlarının və cinayətkarların sistemə girişini əngəlləmək niyyətindədirlər. Bu haqda məlumatı Reuters xəbər agentliyi paylaşıb. Smartfon istehsalçısı əməliyyat sisteminin strukturunda dəyişiklik edərək telefonun USB-xətti ilə kompüterə girişini əngəlləmək niyyətindədir. Bu hal telefon 1 saat ərzində bloklanmadığı halda baş verəcək. Şirkət bu dəyişikliyi iOS 11.4.1 və iOS 12-ün beta versiyasında həyata keçirmək niyyətindədir.

Şirkət bu dəyişikliyə səbəb kimi digər ölkələrdə fəaliyyət göstərən daha az səlahiyyətlərə malik idarə orqanlarının istifadəçilərin cihazlarına müdaxiləsinin qarşısını almaq üçün atıldığını göstərib.  Digər bir məqsəd isə fırıldaqçılıq və cəsusluq hallarının qarşısını almaqdır.

2016-cı ildə Apple şirkəti FBI-ın terrorda günahlandırdığı şəxsin iPhone-nu açmaqdan boyun qaçırmışdı. Daha sonra aydın oldu ki, şirkət özü həmin cihazı hack etmək üçün xaker tutmuş, keçən il isə cinayət aktı həyata keçirən şəxsin iPhone-nu sındırmasında kömək etmək üçün özü FBI-ya müraciət etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

İyun ayında isə böyük texnologiya şirkətləri Apple, Amazon, SamsungBlackberry keçən 10 il ərzində Facebook-dan istifadəçilərin datalarını aldığı haqda məlumatlar öz əksini tapıb.

May ayında The İnformation, Apple-ın iPhone cihazlarının istifadəsini biraz da inkişaf etdirəcəyini, onların qapı üçün açar və gediş kartı kimi istifadə edilə biləcəyini açıqlamışdı.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et