Xoşbəxtliyi tapmaqla bağlı 10 sevimli sitatım – Richard Branson | Banco.az

Xoşbəxtliyi tapmaqla bağlı 10 sevimli sitatım – Richard Branson

Bir dəfə John Lenon demişdi: “Beş yaşım olanda anam mənə həmişə deyərdi ki, xoşbəxtlik həyatın açarıdır. Mən məktəbə gedəndə, məndən soruşdular ki, böyüyəndə nə olmaq istəyirəm. Mən vərəqə yazmışdım ki, “xoşbəxt” olmaq istəyirəm. Onlar mənə söylədilər ki,tapşırığı düz başa düşməmişəm, mən isə dedim ki, onlar həyatı düz başa düşmürlər. “ – Hesab edirəm ki, Lenonun bu iddiası olduqca  güclü və doğru idi.

Insanların böyük bir qismi müvəffəqiyyəti, qazandıqları pulun və ya idarə etdikləri insanların sayı ilə ölçür. Gerçək müvəffəqiyyət  sənin nə qədər xoşbəxt olmağın ilə ölçülməlidir.

Layiq olduğunuz xoşbəxtliyi sizə tapmaqda kömək etmək üçün, mən bu mövzuda olan ən sevimli sitatlarımın siyahısını tərtib etmişəm.

10. “ Nə qədər xoşbəxt olmağa qərar vermişsinizsə o qədər xoşbəxt olarsınız . İnsanlar adətən öz şüurlarında xoşbəxt olmaq istədikləri qədər xoşbəxtdir”.  - Abraham Lincoln.

9. “Xoşbəxtlik qaydaları: Edəcəyin nəsə, Sevəcəyin kimsə, Ümid bəsləyəcəyin nəsə.” – Immanuel Kant

8. “Xoşbəxt olmaq, heç də həyatındakı hər şeyin mükəmməl olması deyil. Bəlkə bu, xırda şeyləri bir araya gətirməkdir.” Ann Brashares 

7. “Xoşbəxtliyin sirri azadlıqdır, azadlığın sirri isə cəsarətdir” -  Thucydides

Ən sərfəli kredit üçün müraciət et

6. “Həyatının, təxəyyülündə rəqs edən xülyalar qədər gözəl olması üçün əlindən gələn heç nəyi əsirgəməli deyilsən” - Roman Payne

5. “Xoşbəxtlik riskdir. Əgər etdiyin səni qorxutmursa, deməli nəyisə düz etmirsən” – Sarah Addison Allen

4. “ Qorxmadan xəyal qur, məhdudiyyət qoymadan sev və izn ver ki, ömrün öz nəğməsini səsləndirsin”  - Dilip Bathija.

3. “Gerçək xoşbəxtlik edilmiş müsbət əməllərin sevincindən və yeni şeylər yaratmaq şövqündən törəyir.” – Antoine de Saint-Exupery

2. “Xoşbətlik çatacağın məkan(durum) deyil, səyahət etmək tərzidir.” – Margaret Lee Runbeck

 1. “Gerçək xoşbəxtlik heç də özünü tətmin etmədən deyil, layiqli hədəfə sadiqlikdən törəyir. ”– Helen Keller

Richard Branson

Siz də xoşbəxtlik ilə bağlı sevimli sitatlarınızı bizimlə Banco.az saytında paylaşa bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et