Xiaomi YENİ smartfon modelini təqdim etdi – QİYMƏT | Banco.az

Xiaomi YENİ smartfon modelini təqdim etdi – QİYMƏT

Çinin Xiaomi şirkəti yanvarın 10-da Redmi Note 7 smartfonunu təqdim etdi. Bu smartfon ucuz cihazı sayılsa da, güclü texniki imkanlara, o cümlədən 48 Mp kameraya sahibdir.  Redmi Note 7 smartfonu 6,3 düymlük və 2340*1080 piksellik ekrana sahibdir.

Smartfonun prosessoru Snapdragon 660-dur, operativ yaddaşı 3, 4 və ya 6 QB, əsas yaddaşı isə 32 və ya 64 QB-dır. Əsas yaddaşı microSD vasitəsilə 256 QB-a çatdırmaq olar.

Smartfonun ikiqat əsas kamerası 48-Mp və 5 Mp-lik iki kameradan ibarətdir. Selfi kamerası isə 13 Mp gücündədir. Smartfon Android 9.0 Pie versiyası ilə işləyir, batareya tutumu 4000 mAç-dir.

Ən sərfəli kredit üçün müraciət et

Redmi Note 7-nin Çində satışlarına 15 yanvarda başlanacaq. Qiyməti 3+32 QB yaddaşlı variantlar üçün 147 dollar, 4+64 QB üçün , 176 dollar, 6+64 QB yaddaşlı variantlar üçün isə 205 dollar olacaq. Çindən sonra bu apparat başqa ölkələrdə də satılacaq. 

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç