Xiaomi bu şirkətlə rəqabət aparmaq üçün, təxminən, 725 milyon dollar xərcləyəcək | Banco.az

Xiaomi bu şirkətlə rəqabət aparmaq üçün, təxminən, 725 milyon dollar xərcləyəcək

“Xiaomi” şirkəti Çin bazarında “Huawei”dən üstün olmaq üçün fəal səy göstərir.

“Xiaomi”, “Huawei” ilə rəqabət aparmaq üçün, təxminən, 725 milyon dollar xərcləyəcək. Hazırda Çin bazarında “Huawei”ın göstəricisi 34% olduğu halda, “Xiaomi”nin payı 12% - dir.

“Xiaomi” öz tərəfindən ayrılmış vəsaiti satıcıların mükafatlandırılması proqramlarına, eləcə də məhsulların yayılması üçün kanalların sayının artırılmasına sərf etmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Ayrıca, qeyd etmək lazımdır ki, hazırda dünya bazarında “Huawei”ın satışı azalır ki, bu da ABŞ-ın sanksiyaları ilə bağlıdır. Lakin, Çin bazarında, əksinə, satışların sürətlə artması müşahidə edilir.

“Xiaomi” isə digər bazarlarda, xüsusilə də Hindistanda uğur qazanır, burada o, artıq liderlik mövqeyini əldə edib.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et