Xarizmanı necə yaradaq? | Banco.az

Xarizmanı necə yaradaq?

Özünüzdə xarizma adlandırdığımız ələkeçməz keyfiyyəti yaradın. Xarizmatik liderlərin keyfiyyəti bunlardır:

Etdiyinizə sadiq olun

Qalib kimi görünün, qalib kimi hərəkət edin

Böyük arzu və xəyallarla yaşayın, ulduzlara can atın

Məqsədlərinizə çatmaq üçün inadla irəliləyin

İstənilən tapşırığı yerinə yetirməyə hazır olun və onu gerçəkləşdirmək üçün səylə işləyin

Özünüzü sirlə əhatə edin.

Başqa insanlar ilə maraqlanın və xeyirxahlıq edin

Yaxşı yumor hissinə malik olun

Güclü xarakterinizlə tanının.

Ən sərfəli kredit üçün müraciət et

Gərgin vəziyyətlərdə belə özünüzü “şıq” tutun (Con Kennedi deyib ki, “əsl lideri orta səviyyəli menecerdən fərqləndirən gözə görünməyən xüsusiyyət – gərgin anlarda özünü “şıq” tutmasıdır.

Bilik gücdür

Böyük uğurlar əldə edən insanların  böyük qabiliyyət sahibi və ya başqalarından ağıllı olması mütləq deyil. Onları başqalarından məqsədyönülülük və öyrənmək yanğısı fərqləndirir.

İnsan nə qədər çox bilirsə, o qədər çox şeyə nail olur. Dahi liderlərin dağ zirvələrinə qalxmağa imkan verən metodları vardır.

Dünya liderlərinin biqrafiyasını oxuyun, onların vərdiş, davranış və fəlsəfəsini öyrənin. Fəal rol modelləşdirilməsi vərdişinə yiyələnin.

Aristotel deyib: “ Hər kəs hirslənə bilər, bu çox asandır, amma layiq olan adama, layiq olduğu dərəcədə, uyğun vaxtda, düzgün məqsədlə və düzgün üsulla hirslənmək sadə və hamının bacardığı iş deyil”.

Müəllif: Robin Şarma

Ən sərfəli krediti almaq üçün müraciət et