Xarizma: Özündə Steve Jobs xarizmasını tərbiyə etmək olarmı? | Banco.az

Xarizma: Özündə Steve Jobs xarizmasını tərbiyə etmək olarmı?

Tarix ən nüfuzlu və uğurlu insanların özlərində qəsdən  xarizmatik davranışlar tərbiyə etdiyini göstərir.

Son vaxtlara qədər  menecment və biznes rəhbərlərinin yetişdirilməsi sahəsindəki ekspertlər xarizmanı gözlənilməz və dağıdıcı nəticələr verə biləcək təhlükəli silah kimi qəbul edirdilər. Bu heç də təəccüblü deyil, axı XX əsrin ən xarizmatik şəxsiyyətləri-Stalin, Hitler, Mussolini insanları idarə etmək bacarıqlarından heç də dinc məqsədlərlə istifadə etməmişlər. Lakin xarizma effektiv şəkildə idarə olunarsa, ondan ictimai həyatın bütün sahələrində - uşaqların tərbiyəsindən iş yerində yüksəlişə qədər güclü silah kimi istifadə etmək olar. Liderlik sahəsində tanınmış ekspert Olivia Foks Kabeynin “Xarizma haqqında miflər” əsəri də elə bundan bəhs edir. Kitab “Alphin Publisher” nəşriyyatında işıq üzü görmüşdür.

Əsərdə təsvir olunan əsas “mif” –xarizmanın yalnız seçilmiş insanların sahib olduğu fitri bir keyfiyyət kimi qəbul edilməsidir. Məsələn, cəlbedici görünüş və ünsiyyətçilik kimi. Əlbəttə ,heç bir güc sərf etmədən bütün dünyanın öz ətraflarında fırlanmasına səbəb olan insanlar var.

Lakin, tarix ən nüfuzlu və uğurlu insanların özlərində qəsdən xarizmatik davranışlar tərbiyə etdiyi göstərir.

Məsələn, Merlin Manro, gözə çarpmayan Norma Cin Beykerdən cəlbedici kino ulduzuna çevrilərək xarizmasını “işə sala” və ya onu “söndürə” bilirdi.

Əgər ibtidai icma quruluşunda üstünlük fiziki güc hesabına əldə olunurdusa, hazırda bunun üçün bir çox alternativ yollar mövcuddur. İstər ölkənin güclü lideri Corc Buş, istərsə haqq-ədalət carçısı Tereza ana, istərsə də yeni ixtirasını elan edən məsih görünüşlü  biznesmen Steve Jobs xarizma sahibi ola bilər. Bütün bu şəxsiyyətlər xarimanın müxtəlif növlərini- amiranə, diqqətli, xeyirxah və ruhlandırıcılığı təcəssüm etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Olivia Foks Kabeyn xarizmanın hər kəsin yiyələnə biləcəyi bir elm olduğuna əmindir.

Xarizmanın sirri üç əsas element- varlıq, güc və istilik üzərindəki nəzarətdədir.

Bu formulanı təcrübədə tətbiq etməyə isə bizə qorxularımız və şübhələrimiz mane olur. Məhz bu qorxu və həyəcanlar karizmamızı və karyeramızı öldürür. ABŞ əhalisinin təxminən üçdə ikisi qondarma “fırıldaqçı” sindromuna (özlərini rahat hiss etmir və ilk səhvlərində belə səhvlərinin açılması düşüncəsi) məruz qaldığını etiraf edir. Belə bir düşüncənin çoxlarına tanış olduğunu hesab olunur. Çox az insanlar isə bu qorxu və həyəcanların üz ifadələri, intonasiya və jestlər vasitəsilə ətrafdakılara da təsir göstərdiyini düşünür. Buna görə də xarizmanın yaradılması yolunda ilk addım hisslər və düşüncələr üzərində nəzarətdən başlanır.

“Xarizma haqqında miflər” əsərini oxuyarkən insan özünü psixoterapiya seansında hiss edir. Bu kitab biznes və karyera haqqında olduğu qədər, həm də həyat tərzi haqqındadır.

Mənbə: http://allmag.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et