Xarici valyuta təminatlı AZN krediti verən banklar - ARAŞDIRMA | Banco.az

Xarici valyuta təminatlı AZN krediti verən banklar - ARAŞDIRMA

Hal hazırdakı bazar şəraitində çox az sayda bank tərəfindən müştərilərə təklif edilən kredit məhsullarından biri də xarici valyuta qarşılığında manatla təklif edilən kreditdir. Əmanət təminatlı kreditdən fərqi ondan ibraətdir ki, əmanət təminatlı kreditdə kreditin valyutası ilə əmanətin valyutası eyni olur.

Yəni, siz manatla yerləşdirilmiş əmanətə görə dollar krediti və ya əksinə kredit götürə bilməzsiniz. Xairici valyuta təminatlı kreditdə isə siz bankdan asılı olaraq əlinizdə olan dollar və ya avronu əmanət şəklində banka yerləşdirməklə milli valyutada kredit götürə bilərsiniz.

Bu kredit növü, əsasən əlində xarici (USD və ya Avro) valyuta nağd pulu olan amma yerli valyutada pula ehtiyacı olan insanların pullarını mübadilə etmədən manatla kreditə ehtiyaclarının qarşılanması baxımından effektivdir. Və ya artıq xarici valyutada banka yerləşdirilmiş əmanətiniz varsa, onu çıxarmadan həmin əmanətə bağlı manatla kredit götürmək baxımından səmərəlidir.

Bazarda cəmi 6 bank tərəfindən təklif edilir. Hesaba yerləşdirilmiş əmanət hesabının müəyyən məbləği bloka salındığından krediti götürmək istəyən şəxsin qeydiyyatı, iş yeri və ya gəlirinin olması rol oynamır. Banco.az olaraq, Xarici valyuta təminatlı AZN krediti verən bankları araşdırdıqƏtraflı şəkildə hansı banklar tərəfindən və hansı şərtlərlə təklif edildiyi ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

 

Bank

Kreditin məbləği

Müddət

İllik Faiz

Kreditin təminatı

Maksimal LTV

Kapital Bank

300 -sığorta depozitinin 60%-i qədər

1-12 ay

25%

USD və ya EUR valyutasında sığorta depoziti

60%

Bank Respublika

 500 - 30 000 AZN

18 ayadək

30%

 USD/EUR valyutasında depozit

90%

Naxçıvanbank*

əmanət məbləğinin 90 % i qədər

12 ay

18%

USD valyutasında depozit

90%

NİKOİL Bank

300 - 100 000 AZN

1-12 ay

24%

USD valyutasında depozit

 

Rabitəbank

Maksimal məbləğ 50000 AZN

3-24 ay

19-21 %

USD/EUR valyutasında depozit

70%

Yapı Kredi Bank Azərbaycan

əmanət məbləğinin 80 % i qədər

12-36 ay

depozit faizi + 12 %

USD/EUR valyutasında depozit

80%

Ən sərfəli kredit üçün müraciət et

 

* Kart vasitəsi ilə kredit xətti ayrılır

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç