Xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb | Banco.az

Xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,92% azalaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 14 321,539 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu müddətdə ixrac 13,35% azalaraq 8 143,944 mln. dollar, idxal 0,38% artaraq 6 177,595 mln. dollar olub. Beləliklə, xarici ticarət dövriyyəsinin müsbət saldosu 1 966,349 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% azalma deməkdir. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et