Xarici bankın plastik kartına necə pul köçürmək olar? | Banco.az

Xarici bankın plastik kartına necə pul köçürmək olar?

"Xarici bankın plastik kartına Azərbaycandan necə pul köçürə bilərəm?"

Bir çox insan Elektron ticarətə ƏDV-nin tətbiqindən sonra elektron alış-verişlər üçün ən sərfəli yolları axtarmağa başlayıb. Bu yollardan biri də xarici banka aid olan plastik kartları əldə edib, alış-verişdə istifadə etməkdir. Bəs, bu kartları əldə etdikdən sonra, hər dəfə həmin karta pul yükləmək necə baş tutacaq?

Məlum olduğu kimi, tez-tez istifadə edilən bank xidmətlərindən biri pul köçürmələridir.Pul köçürməsi əsasən iki yolla həyata keçirilir: təcili pulköçürmə sistemləri vasitəsilə və hesabdan hesaba köçürmə vasitəsilə.

Bax: Hesabdan hesaba pul köçürmə yolu ilə xaricə pul göndərmək istəyirəm!

Siz istəsəniz hesabdan hesaba pul köçürməsi yolu ilə də qarşı tərəfin kart hesabına pul göndərə bilərsiniz. Amma nəzərə alın ki, bu zaman tutulan komisyon haqq kifayət qədər yüksəkdir.

Lakin, bir başqa yol var ki, bu yoldan istifadə etsəniz xərciniz daha az çıxacaq. Söhbət plastik karta birbaşa köçürmədən gedir. Ölkəmizdə bu xidməti təqdim edən bankların sayı təəssüf ki, azdır. Siz aşağıdakı cədvəldə xarici bankın plastik kartına pul köçürmə xidmətini təqdim edən bankları və onların xidmət tariflərini görə bilərsiniz:

Bank

Xidmətin adı

Komisyon haqq

Amrahbank

MasterCardMoneySend

1% (min. 1 USD)

Atabank

"Lider" pul köçürməsi

200 USD(EUR) qədər – 4 USD(EUR)

200 USD-dan çox – 1,75%

200 EUR-dan çox – 2%

Kapital Bank

Card to Card

1% (min. 3AZN)

VTB Bank

"Contact" pul köçürməsi

Rusiya1,5%+40RUB

Avropa ölkələri - 1,5% + 50RUB/2USD/2EUR

Amrahbank – MasterCardMoneySend

Bu xidmət vasitəsilə MasterCard kart sahibləri sadəcə ölkədaxili deyil, həmçinin xarici ölkələrin banklarına məxsus MasterCard sahiblərinə də 24/7 pul köçürə bilirlər. Bunun üçün AmrahBankın MasterCard loqolu kart sahibləri Bankın istənilən bankomatlarına yaxınlaşaraq:

  1. Kartı bankomata daxil edir
  2. PIN kodu daxil edir
  3. Menyu dilini seçir
  4. Kart Transfer menyusunu seçir
  5. Mastercard pul köçürmələri bəndini seçir
  6. Ölkədaxili və ya beynəlxalq bəndini seçir
  7. Müvafiq valyutanı seçir (xaricə yalnız USD göndərilə bilər)
  8. Kart nömrəsini daxil edir
  9. Təsdiq edir
  10. Məbləği daxil edir (limiti keçməmək şərtilə)
  11. Yeni açılan pəncərdə daxil edilən məlumatlar əks olunur, bir daha yoxlanılır və təsdiq edilir. 

Komissiya məbləği:

Ən sərfəli kredit üçün müraciət et

1% (min. 1 USD)

Gündəlik limit:

1000 USD

Ancaq bu Ölkələrə pul göndərə bilərsiniz:

Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarusiya, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Türkiyə, Kipr, Moldova, Ukrayna, Çex Respublikası, Montonegro, Gürcustan, BƏƏ, Böyük Britaniya, ABŞ

Atabank – “Lider”təcili pul köçürmələri

Dünyanın istənilən VISAvə ya MasterCard plastik kartına dәrhal pul vәsaiti yatırmaq istəyirsinizsə, AtaBank-ın filiallarına və ya şöbələrinə müraciət edə bilərsiniz. Köçürməni həyata keçirmək üçün Sizə sadəcə kartın nömrəsini bilmək kifayətdir. Pulun göndərilməsi və qəbulu proseduru son dərəcə rahat və sadədir.

Bu xidmətdən istifadə üçün plastik kartınızın olması məcburi deyil. İraq, İran, Əfqanıstan, Venesuela və Kolumbiyaya köçürmə mümkün olmayacaqdır.

Komissiya məbləği:

  • 200 USD(EUR) qədər – 4 USD(EUR)
  • 200 USD-dan çox – 1,75%
  • 200 EUR-dan çox – 2%

Gündəlik limit:

  • 2500 USD
  • 2000 EUR

Kapital Bank – Card to Card

Card to Card vasitəsilə siz  bir ödəniş kartın kart hesabından digərinə bankomat və İnternet Bankinq vasitəsi ilə pul köçürə bilərsiniz. Bu xidmətdən Kapital Bankın kredit kart (Visa Classic, Visa Gold, Visa Business/Business Gold, Visa Platinum, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum) və fərdi qaydada açılmış debet kart (Maestro, Electron) sahibləri istifadə edə bilərlər. Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

Card to Card xidmətindən istifadə etmək üçün kart sahibi, ATM-yə kartı daxil edib ekranda müvafiq menyunu ("Ödəmələr" sonra isə "Card to Card" seçir. Menyu seçildikdən sonra, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın üstündəki 16 rəqəmli nömrəsini (2 dəfə), əməliyyatın məbləğini və valyutasını daxil edib əməliyyatı təsdiq edir.

Komissiya məbləği:

1% (min. 3AZN)

Gündəlik limit:

1000 USD

VTB Bank – "Contact" pul köçürməsi

CONTACT beynəlxalq pul köçürmələri sisteminin hazırda dünyanın 170-dən çox ölkəsində 400 min xidmət məntəqəsi fəaliyyət göstərir.

Bu xidmət vasitəsilə Visa, Mastercard, UnionPay kartlarına köçürmələr edə bilərsiniz. Visa, Mastercard, UnionPay kartına köçürmələr zamanı yalnız kartın nömrəsi tələb olunur.

Komissiya məbləği:

Rusiya1,5%+40RUB

Avropa ölkələri - 1,5% + 50RUB/2USD/2EUR

Gündəlik limit:

1000 USD

Ən sərfəli krediti almaq üçün müraciət et