Xaricə Hansı Yolla Pul Köçürmək Olar? - Video | Banco.az

Xaricə Hansı Yolla Pul Köçürmək Olar? - Video

Xaricdə yaşayan tanışlarımıza daha rahat və sərfəli necə pul göndərə bilərik? Rabitabank-ın sponsorluğu ilə Sizi BancoTermin layihəsinin ilk videosunu izləməyə dəvət edirik.

 

 

Xaricə Hansı Yolla Pul Köçürmək Olar?

Texnologiya çox sürətlə inkişaf edir. Artıq bir ölkədən başqa ölkəyə pul köçürmək elə də çətin deyil. Fərz edək ki, siz hər hansı bir ölkədə olan dostunuza və ya yaxınınıza pul göndərmək istəyirsiniz. Bunun üçün başqa bir dost və ya tanışınızın o ölkəyə səfər etməsini gözləmək lazım deyil.

Bəs xaricə hansı yolla pul göndərmək olar? Bu günkü videomuzda sizə xaricə pul köçürməsinin ən rahat yollarını izah edirik. 

1. Bank hesabı vasitəsilə pul göndərmə - Hesabdan hesaba nağdsız vəsaitlərin köçürülməsi əsasən SWIFT sistemi vasitəsilə həyata keçirilir. SWIFT də dünyanın əksər ölkələrində geniş istifadə olunur və ən təhlükəsiz sistemlərdən biri hesab edilir. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – aiddir. Bank hesabı vasitəsilə pul köçürmək üçün isə siz  mütləq bankda hesab açmalısınız. Beləliklə, dünyanın istənilən ölkəsində olan digər şəxsin hesabına pul göndərə bilərsiniz.

2. Pul köçürmə sistemləri vasitəsilə pul göndərmə - Kifayət qədər çox istifadə edilən pul göndərmə üsullarından biri də Pul köçürmə sistemləri vasitəsilə pul göndərmədir. Pul köçürmələri banklar vasitəsilə bank hesabı açılmadan həyata keçirilir. Digər üstünlüyü isə sürətli başa gəlməsidir. Köçürmə zamanı adətən müştəriyə xüsusi kod verilir və bu kod vasitəsilə pulu alan şəxs pulu götürə bilir. Azərbaycanda ən çox istifadə edilən təcili pul köçürmə sistemlərinə Western Union, Contact, Lider, Zolotaya korona və başqalarını misal göstərmək olar.

Ən sərfəli kredit üçün müraciət et

3. Poçt vasitəsilə pul göndərmə - “Azərpoçt” ММС-nin istənilən poçt şöbəsinə yaxınlaşmaqla fiziki şəxs olaraq siz xaricə pul göndərə bilərsiniz. Bu üsulla fiziki şəxslər pul  göndərə bilər və bu zaman yalnız Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxstan, Litva, Özbəkistan, Gürcüstan və  Moldova ölkələri ilə mübadilə  aparılır. Beynəlxalq poçt pul köçürmələri əməliyyatı  “Azərpoçt”  ilə qeyd edilən 9  dövlətin poçt şöbələri arasında mümkündür. Köçürülən pul  2 gün müddətinə ünvanına çatır.

4. Bank kartları vasitsilə pul göndərmə - xaricə pul göndərmə vasitələrindən biri də bank kartları vasitəsilə pulun göndərilməsidir.Hazırda Mastercard və Visa kartları ilə dünyanın bir sıra ölkəsinə həm onlayn, həm də bankomat vasitəsilə pul göndərmək mümkündür.

5. Mobil əlavələr vasitəsilə - Deyə bilərik ki, Pul köçürmənin ən rahat və sürətli yolu mobil tətbiqlər vasitəsilə pul göndərməkdi. Texnoliji yeniliklərin sürətli inkişafı ilə bərabər banklar xidmət səviyyələrini artırmağa və müştərilərin rahatlığını təmin etməyə çalışırlar. Bu da həmin yeniliklərdən biridi. Hər hansı bir banka məxsus kartınızı mobil əlavədə qeydiyyatdan keçirərək istədiyiniz insana, istədyiniz vaxt pul göndərə və digər ödənişlərinizi edə bilərsiniz.

6.RabitəbankBot vasitəsilə pul göndərmək

Dostunuza pul göndərmək üçün uzun növbələr gözləməyə artıq ehtiyac yoxdur. RabitəBankBot müştərilərə innovativ xidmət təklif edir. Artıq teleqram-da söhbət pəncərəsindən ayrılmadan dostunuza pul göndərə bilərsiniz. Bunun üçün pəncərədə @rabitəbankbot yazıb göndərməklə istədiyiniz məbləği daxil edib göndər düyməsini basırsınız.  Qarşı tərəf məbləği təsdiq etdikdən sonra əməliyyat uğurla tamamlanır. Bu köçürmə üsulu ilə bağlı daha ətraflı 133.az saytından məlumat əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et