"Xalq Bank"ın 30-cu filialı fəaliyyətə başladı | Banco.az

"Xalq Bank"ın 30-cu filialı fəaliyyətə başladı

15 aprel 2019-cu il tarixindən etibarən ASC “Xalq” Bankının Mərdəkan qəsəbəsində yeni filialı fəaliyyətə başlayıb.

“Mərdəkan” filialı Bankın sayca otuzuncu, Bakı şəhərində fəaliyyət göstərən doqquzuncu filialıdır. Yeni filial əhaliyə, sahibkarlara və ərazidə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

Filial, Bakı şəh., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, Yesenin küç., 334 ünvanda yerləşir. Telefon: (+994 12) 454 06 45.

Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdən biridir. Hazırda Bankın iyirmi biri regionlarda olmaqla otuz filialı fəaliyyət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et