Xalq Bank yeni ünvanda fəaliyyətə başladı | Banco.az

Xalq Bank yeni ünvanda fəaliyyətə başladı

“Xalq” Bankın Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb.

Bankdan bildiriblər ki, bankın yaranmasının onilliyində açılan yeni filiala “Yubiley” adı verilib. “Yubiley” filialı bankın ümumilikdə sayca 26-cı filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Filial Bakı şəhəri, Azərbaycan prospekti, 11, ünvanda yerləşir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et