Xalq Bank-ın kredit və depozit portfeli azalıb | Banco.az

Xalq Bank-ın kredit və depozit portfeli azalıb

Xalq Bank 2017-ci ilin 30 sentyabr tarixinə olan maliyyə göstəricilərini açıqlayıb. 

Sözügüdən dövrdə bankın cəmi aktivləri 1,805 mlrd. manat, cəmi öhdəlikləri isə 1,552 mlrd. manat olub. Aktivlərinin 1,285 mlrd. manatını kredit portfeli, öhdəliklərinin 1,187 mlrd. manatını depozit portfeli təşkil edib.

Bankın 2017-ci il 30 sentyabr üzrə balans göstəricilərinin analoji dövrlə müqayisəsi aşağıdakı diaqramda göstərilmişdir:

Diaqramdan göründüyü kimi bankın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,2%, cəmi öhdəlikləri isə 2,1% artmışdır. Bankın kredit və depozit portfelində isə uyğun olaraq 3% və 1,3% azalma müşahidə olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalında isə artım qeydə alınıb.

Belə ki, ötən il ilə müqayisədə bank kapitalını 24 mln. manat və ya 10,6% artırmışdır. 

Xalq Bank-ın sözügedən dövrdə əməliyyat mənfəəti 38,130 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 25,051 mln. manat təşkil edib.

Bank 3-cü rübü mənfəətlə bitirib və bankın xalis mənfəəti 13,125 mln. manat təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et