"Women Bankers Club"-un növbəti seminarı baş tutub | Banco.az

"Women Bankers Club"-un növbəti seminarı baş tutub

11 may tarixində Park Inn by Radisson otelində "Women Bankers Club"un  (Qadın Bankirlər Klubunun) növbəti tədbiri keçirilib. Seminar “Kouçinq və NLP texnikaların sirrləri. Şəxsi brendin təqdimatı. Motivasiya” mövzusu ilə təqdim edilib.

İlk olaraq klubun təsisçisi Anjela Ramazanova, tədbir iştirakçılarını salamlayaraq, qonağı təqdim edib. Qeyd edək ki, "Women Bankers Club" daim tədbir iştirakçılarına maraqlı olacaq mövzuları işıqlandırır və bu mövzuda çıxış edə biləcək mütəxəssisləri dəvət edir.

11 may tarixində təşkil edilən seminarın mövzu və spiker seçiminə də xüsusi ilə diqqət ilə yanaşılıb. Bu dəfə, qonaq qismində kouç və NLP mütəxəssisi Şamil Fətəliyev seçilib.

Şamil Fətəliyev sertifikatlaşdırılmış və akkreditasiya olunmuş həyat və biznes kouçu, İCF və CTAA üzvü NLP mütəxəssisidir. Bundan əlavə o, Gipno və Geştalt terapevt, psixokorrektik kouçinqin yaradıcısı və aparıcısıdır.

Biznes kouç qonaqları salamlayaraq, NLP (neyro linqvistik proqramlaşdırma) texnikası haqqında seminar iştirakçılarına bəhs etməyə başladı. “Woman Bankers Club”-un təşəbbüsü ilə təşkil olunan seminar 4 saat ərzində davam edərək, günümüzün maraqlı mövzularına toxunub. Qeyd edilən müddət ərzində gündəlik həyatımızda rast gəlinən stress hallarının, insanı demotivasiya edən amillərin səbəbi və aradan qaldırılması barədə danışılıb. Klub iştirakçıları maraqla mövzunu əhatə edən məqamları dinləyir, öz fikirləri ilə aktiv şəkildə bölüşürdülər. Keçirilən seminar maraqlı anlar, düşündürücü suallar və həyatda tətbiq edə biləcəyimiz NLP sirrlərinin təyini ilə yadda qaldı.

Ən sərfəli kredit üçün müraciət et

Sonda “Women Bankers Club” ənənəsinə sadiq qalaraq tədbir iştirakçıları dəvət olunan qonaq ilə xatirə çəkdirib, seminarı uğurlu yekunlaşdırdı.

Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

 “Women Bankers Club” Azərbaycan Qadın Bankirləri Klubunun fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün linkə daxil ola bilərsiniz: 

https://www.facebook.com/womenbankersclub/

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç