WhatsApp və Instagram–ın adı dəyişdirilir | Banco.az

WhatsApp və Instagram–ın adı dəyişdirilir

Facebook istifadəçilərin şəxsi məlumatlarının yayılması ilə bağlı yaranan qalmaqaldan sonra korlanan imicini bərpa etmək üçün WhatsApp Instagram platformalarının adlarının əvvəlinə “Facebook” ifadəsini əlavə etməyə qərar verib. Beləliklə hər iki tətbiqin adı dəyişdiriləcək.

Əvvəlki populyarlığı olmayan sosial media platforması Facebook yeni bir marka çalışmasına başlayır. Xatırladaq ki, Facebook sadəcə bir sosial şəbəkə deyil, həmçinin WhatsApp və Instagram platformalarının sahibi olan bir şirkətdir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət Instagram – ın adını “Facebook – dan Instagram” (Instagram from Facebook), WhatsApp – ın adını isə “Facebook- dan WhatsApp” (WhatsApp from Facebook) olaraq dəyişdirir.

Ən sərfəli kredit üçün müraciət et

Image result for instagram and whatsapp

Hər iki tətbiqin adı Play Store və App Store – larda yuxarıdakı formada əks olunacaq, ancaq istifadəçilər bu tətbiqlərdən istifadə edərkən yenə əvvəlki adlarını görəcəklər.

Şirkətin açıqlamasına görə, bu addımı atmaqda məqsədləri sözügedən iki tətbiqin də Facebook – un tərkib hissəsi olduğunu xatırlatmaqdır.

Həmçinin oxu: Instagram-a ən çox daxil olan ölkələrin siyahısı AÇIQLANIB

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et