WhatsApp ismarıcları barmaq izi ilə qorunacaq | Banco.az

WhatsApp ismarıcları barmaq izi ilə qorunacaq

Təchizatçılar qeyd ediblər ki, yenilik messencerin daha da təhlükəsiz fəaliyyətini təmin edəcək. Kifayət qədər kütlənin rəğbətini qazanan ani ismarıc platforması, maraqlı yeniliyə imza atacaq. 

Yaxın gələcəkdə populyar sistem istifadəçilərinə şəxsi ismarıclarının qorunmasını təmin edən funksiya təqdim olunacaq. Telefon şifrəsiz olduğu halda belə, telefon sahibinin barmaq izi modulu (Fingerprint) olmadan ismarıcların oxunulması mümkün olmayacaq.

Bayram tətilindən sonra, WhatsApp komandası şəxsi məlumatların təhlükəsizliyini qorumaq məqsədi ilə messenceri təkmilləşdirərək, istifadəçilərə təqdim etmək niyyətindədir.Təsdiq edilib ki, yaxın zamanlarda təqdim edilən WhatsApp 2.19.3 beta-versiyasında, istifadəçinin tanınması məqsədi ilə (autentifikasiya) barmaq izi modulu əlavə ediləcək. Yenilik, daktiliskopik ötürücülər ilə təchiz olunmuş Android Marshmallow və daha yeni versiyalı cihazlara tətbiq olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Whatsapp qurucusu Brian Acton 7 milyard dollarlıq sərvətini necə xərcləyir?

Ən sərfəli krediti almaq üçün müraciət et