Warren Buffettlə nahar üçün 650,000 itirdi, amma həyat dərsi qazandı | Banco.az

Warren Buffettlə nahar üçün 650,000 itirdi, amma həyat dərsi qazandı

Warren Buffett 2000-ci ildən bəri GLIDE Foundation üçün maraqlı bir hərracda iştirak edir,  "power lunch" adlanan bu prosesdə o, müxtəlif şəxslərlə nahar əsnasında  maraqlı və faydalı söhbət edir. Nahardan əldə olunan gəlir yoxsulluqla  mübarizəyə sərf olunur.

Steyk həvəskarı, maqnatla nahar zamanı iştirakçıların maksimum sayı 7-ə qədər ola bilər. Nahar ənənəvi olaraq Manhettində Smith & Wollensky steyk evində təşkil olunur.

2007-ci ildə iş adamı Mohnish Pabrai Buffetlə nahar üçün 650,000  dollar ödəyir.

O, sonralar bu barədə yazırdı: “Naharın xeyriyyəçilik baxımından əhəmiyyəti böyük idi, lakin mənim də şəxsi baxımdan qazncım az olmadı. Bu görüşü əsl kapitalist master classı da adlandırmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

“Nahar nəticəsində əvvəl diqqətdən kənarda qoyduğum şeylərin əslində nə qədər əhəmiyyətli olduğunu anladım. O, mənə insan amilinin vacibliyini başa saldı. Ətrafımızda bizdən daha ağıllı insanların olduğunu tamam unutmuşdum. Halbuki, onlarla ünsiyyət və təmasda olmaq bizə dəyəri ölçülməyən şeylər qazandıra bilərdi”.

“Həyatda iki tip insan olur: xeyirgüdən və xeyir bəxş edən. O, ikinciləri ətrafımdan əksiltməməyi məsləhət gördü.”

Aldığım ikinci dərs isə, qərar qəbuletmə ilə bağlı idi. Insanlar hər hansı bir qərarı verməzdən əvvəl ya daxili dünyalarının əmr etdiyi kimi hərəkət edirlər, ya da qəbul etdikləri qərarların insanlarda necə təssürat oyadacağını proqnozlaşdırırlar. Təbii ki, nə olur olsun, müstəqil qərar verməyi öyrəndim.

Ən sərfəli krediti almaq üçün müraciət et