VTB (Azərbaycan) müştərilərinə MastercardBlackEdition kartını təqdim edib | Banco.az

VTB (Azərbaycan) müştərilərinə MastercardBlackEdition kartını təqdim edib

Bank VTB (Azərbaycan) Villa Petrolea -Nobel qardaşları muzeyində MastercardBlackEdition Premium kartının təqdimatını keçirib. Müştərilər üçün təşkil olunan tədbirdə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri və üzvləri, eləcədə bankın tərəfdaşları, iş adamları, tanınmış ictimai xadimlər iştirak edib.

“Bank VTB (Azərbaycan)-ın əsas məqsədi – müştərilərə geniş çeşidli  və keyfiyyətli xidmət təqdim etməkdir. MastercardBlackEdition kartı daha tələbkar və imkanlı müştərilərimizingözləntilərinə cavab verən kartdır. Biz MastercardBlackEdition kartına daha çox imtiyazlar əlavə edərək kart sahiblərinin imkanlarını genişləndirmişik. Əminik ki, qısa zamanda bizim kartımız maliyyə bazarında ən cəlbedici məhsula çevriləcəkdir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib. 

MastercardBlackEdition kartı  müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət, hava limanlarının Lounge Key biznes-zallarından istifadə, konsyerj-xidmət, eləcə də bütün sığorta növləri üzrə sərfəli şərtlər təklif edir. Bu, multivalyuta kartıdır və müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda  əməliyyatlar həyata keçirməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

“Biz kart istifadəçilərimizə qabaqcıl texnologiya üzrə xidmətlər göstərmək üçün daim çalışırıq. Mən, bu gün aktual maliyyə xidmətini bank VTB (Azərbaycan) ilə təqdim etməyə şadam. VTB (Azərbaycan) üçün müasir bank xidmətlərini təqdim etmək əsas prioritetdir. İndi MastercardBlackEdition istifadəçiləri Azərbaycan bazarı üçün tamamilə yeni olan MasterTravellerRewards loyallıq proqramından istifadə edə bilər. Müştərilər xarici ölkələrdə müəyyən premiummerçantlarda alış-veriş edərkən CashBack əldə edəcək” –Mastercard ödəniş sisteminin Azərbaycandakı nümayəndəsi Emil Zeynalov qonaqlara Mastercard-ın xüsusi təklif və yeniliklərdən danışarkən bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et