VTB (Azərbaycan) İxracatçılar klubunun iclasında iştirak edib | Banco.az

VTB (Azərbaycan) İxracatçılar klubunun iclasında iştirak edib

15 avqust 2018-ci ildə bank VTB (Azərbaycan) İxracatçılar klubunun Azərbaycanın ticarət evlərinin fəaliyyətinə həsr olunmuş iclasında iştirak edib. Tədbir çərçivəsində bankın mütəxəssisləri iştirakçı şirkətlərlə görüş keçirərək bir sira  əməkdaşlıq məsələlərini müzakirə edib.

Tərəflər ticarət evlərinin Azərbaycan sahibkarlarına təqdim etdiyi şərtlərin müzakirəsinə xüsusi diqqət yetirib. Bu şərtlər ixracatçı şirkətlərin rəqabətqabiliyyətliyini artırmağa yönəlib və sərmayə mühitini yaxşılaşdırmağa imkan verəcək. Bank VTB (Azərbaycan)  beynəlxalq qrupun bir hissəsi olaraq ixracatçı müştərilərə Rusiya və VTB-nin fəaliyyət göstərdiyi digər ölkələrdəki ticarət şəbəkələrinə birbaşa çıxış imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

«Bu növ tədbirlər müxtəlif şirkətlərlə biznes əlaqələrini qurmaq üçün çöx əhəmiyyətlidir. VTB (Azərbaycan) ixracatçılara geniş spektr xidmətlər üzrə sərfəli şərtlər təklif edə bilər. Yaxın vaxtlarda biz onlar üçün xüsusi “Beynəlxalq faktorinq” məhsulunu tətbiq edəcəyik ki, hesablaşma zəncirini azaltmağa kömək edəcək və təchizatçılara qısa müddətdə  məhsul üzrə pul vəsaitini almağa imkan verəcək. Belə olan halda alıcı biznesin inkişafı üçün əhəmiyyətli olan ödəniş möhlətindən məhrum olmayacaq” – deyə, VTB (Azərbaycan)-ın iri biznes üzrə idarəedici direktoru Tuxman İmamaliyev bildirib.

Hazırda Azərbaycan, Latviya, Belarus, Ukrayna və Rusiyada ticarət evlərinə malikdir. Bundan başqa, bu ilin sonuna  kimi Rusiya ərazisində daha bir ticarət evinin açılması gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et