Volvo-nun reklam çarxı yenə diqqətləri özünə çəkdi | Banco.az

Volvo-nun reklam çarxı yenə diqqətləri özünə çəkdi

İstehsal etdiyi məhsulların təbliği üçün qeyri-adi reklamları ilə məşhurlaşan Volvo şirkəti növbəti maraqlı bir videoçarx təqdim edib. Videoçarxda San Remo Casino-da (San Remo şəhəri, İtaliya) kamerdiner (qonaqların avtomobillərini dayanacaqa aparan şəxs) vəzifəsinə yeni düzələn gənci sınaqdan keçririrlər.  

Gizli kamera kamerdinerin ətrafda baş verənlərə reaksiyasını çəkir və onun necə təəccübləndiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

“Reklam çarxının əsas mahiyyəti isə bundan ibarətdir: Bizim yeni Shift Gearbox-un idarə olunması idman avtomobilindən heç nə ilə fərqlənmir”, - deyə, rejissor Henri-Aleks Rubin deyir.

Qeyd edək ki, bundan əvvəl Volvo-nun digər yük maşınının reklamında məşhur Hollivud aktyoru Jan Klod Vandamm çəkilmişdi.

Mənbə: oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et