“Volkswagen” IOTA ilə əməkdaşlığa başladı | Banco.az

“Volkswagen” IOTA ilə əməkdaşlığa başladı

“Connected World” konfransında “Volkswagen” IOTA ilə Berlin mərkəzli kriptovalyuta ortaqlığını açıqlayıb. Bu addımın əsas səbəbi ağıllı vasitələrin gələcəyinin mərkəzi olmayan bir texnologiya ola bilməsi ehtimalıdır.

Çoxmillətli mühəndislik və elektron şirkəti olan “Bosch” avtonom avtomobillər layihəsi üçün IOTA-nı qəbul etdiyini və dekabrda sərmayəsini kriptovalyutaya yatırmağı düşündüyünü bildirdikdən sonra “Volkswagen” də bu işin bir hissəsi olmaq üçün hərəkətə keçdi.

Hər şey yanvar ayında “Volkswagen”-in CDO-sunun IOTA-nın auditor heyətinə seçilməsilə ilə başladı. Yohan Yanqvis 1 noyabr 2015-ci ildən bu yana “Volkswagen AG”-nin Rəqəmsallaşdırma Strategiyası sədri kimi fəaliyyət göstərir. Yanqvis 2014-cü ildə “Apple”-da Mac Sistem Mühəndisiydi. Yoxlama qrupunun bir parçası olmaq Yanqvisin hərəkətə keçməsi ilə “Volkswagen” və IOTA arasında əməkdaşlığa təşəbbüskar funksiyasını yerinə yetirdi.

Təşkil edilən konfransda CDO azad texnologiyanın potensialının hansı səviyyədə olduğunu açıqladı.

Ənənəvi blockchain həllərinin əksinə olaraq, IOTA xüsusilə “Internet Of Things” sahəsində faydası olan və bloklama etməyən saysız uc nöqtəsinə sahib bir sistemə əsaslanır. Əməliyyatlar digər transferlərin razılığı ilə təsdiq edilir. Bu səbəbdən, bir əməliyyatın həyata keçirilməsi üçün daha iki əməliyyat təsdiqlənməlidir.

Yuxarıda təsvir olunan şəbəkə əməliyyatların qısa müddətdə təsdiqlənməsini və buraxılmasını təmin edir. Oflayn işləyir və kvant təhlükəsizliyini təmin edir.

Haqqında çox danışılan Yeni Bağlı Avtomobillər sistemləri IOTA yenilənmələrinin paylaşımını zəmanət altına ala bilmək üçün IOTA platformasını praktikada çox rahat tapa bilər. Bundan əlavə, Yanqvisin qeyd etdiyi kimi, “MaaS” həlləri üçün istifadə oluna bilər.

Çox əhəmiyyət verilən IOTA Fondu blockchain texnologiyasını şəxsiyyət vəsiqələri planlarına daxil etmək üçün “Taipei” ilə birlikdə çalışır. “Wei-min Lee” – İnformasiya Texnologiyaları Komissiyasının üzvü rəqəmsal şəxsiyyət vəsiqələri üzərində yeni layihə aparmaq üçün IOTA və “Biilabs”-dən yeni bir qrup meydana gətirdiyini bildirib.

Bu yeniliklər kripto-ekosistem tərəfindən təsdiqlənən çox ümid vəd edən bir texnologiyanın başlanğıcı ola bilər; bu texnologiya tədricən öz mövqeyini möhkəmləndirir.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et