Volkswagen-dən Türkiyəyə nəhəng investisiya iddiası | Banco.az

Volkswagen-dən Türkiyəyə nəhəng investisiya iddiası

Almaniya qəzeti "Frankfurter Allgemeine Zeitung"un (FAZA) xəbərində avtomobil istehsalçısı Volkswagen AG-nin (VW) potensial investisiya üçün Türkiyə ilə danışıqlar apardığı bildirilib.

Qəzetin xəbərinə görə, Volkswagen, Seat və Skoda-nın istehsal ediləcəyi yeni müəssisə üçün rəsmilərlə danışqlar aparır. Şirkət zavod investisiyası üçün Türkiyə və ya Bolqarıstanı seçməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Xəbərdə VW İcraçı direktoru Herbert Diessin Çərşənbə günü məsələ ilə əlaqədar Türkiyəyə səfər etdiyi bildirilib.  

Türkiyə lehinə nəticələnməsi ehtimalı çox yüksək olan zavod investisiyası məbləği 2 milyard avro həcmində ola bilər. Zavodun illik istehsal gücünün 300 avtomobil olacağı gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et