VİDEO: Banklar kredit götürənləri necə aldadırlar | Banco.az

VİDEO: Banklar kredit götürənləri necə aldadırlar

Dollar kreditini manata çevirərkən diqqətli olun

Dollarla krediti olanları banka çağırır və onu manat kreditinə çevirə biləcəklərini söyləyirlər. Və bildirirlər ki, bu zaman əlavə faiz tətbiq edilməyəcək. Vətəndaş da sevincli halda gedib yeni müqaviləyə imza atır. Ancaq sonradan ona məlum olur ki, ödəyəcəyi vəsait öncəkindən daha çox olacaq. Xəzər Xəbər bankların yeni fırıldağını araşdırıb.

Dollar kreditinizi faizsiz manat kreditinə çevirəcəyik deyib vətəndaşları banka dəvət edirlər. Müqavilə yenilənəndən sonra isə vətəndaş yeni sənəddə daha çox pul ödəyəcəyini görür. Bankların gələcəkdə yarana biləcək problemli kreditlərdən yaxa qurtaraq vətəndaşın cibinə girməsini ekspertlər tam qanunsuz hesab edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Nəticədə vətəndaş krediti daha uzun müddətə və faizsiz ödəyə biləcəyi vədi ilə daxil olduğu bankdan aldadılaraq hesabına əlavə ödəniş yüklənmiş vəziyyətdə ayrılmalı olur. Ən ciddi məqam isə bundan ibarətdir ki, müqaviləyə əlavə edilən məbləğ barədə müştəriyə heç bir məlumat verilmir. Mütəxəssislər banklardan dollarla krediti olanlara həmin valyutanı manata dəyişmək təklifi gələrsə vətəndaşları diqqətli olmağa çağırırlar.

Ən sərfəli krediti almaq üçün müraciət et