Vətən sərhəddən başlayır | Banco.az

Vətən sərhəddən başlayır

"AtaBank" ASC-nin ölkəmizin şimalsərhədində yerləşən “Samur” şöbəsi 24/7 rejimində fəaliyyət göstərməyə başlayıb. Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşənşöbədə həm fiziki, həm də hüquqi şəxslər bütün bank xidmətlərindən yararlana bilər. Strateji əhəmiyyət daşıyan bu şöbə müştərilərəhəftənin 7 günü, günün24 saatı valyuta mübadiləsi, pul köçürmələri, cari və əmanət hesablarının açılması, kommunal və büdcə ödənişləri kimi bank xidmətləri təklif edir.

Bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov xəbərlə bağlı qeyd edibki, şöbənin fasiləsiz iş rejiminə keçməsi bu ərazidəki sakinlərə və ölkənin qonaqlarına rahat şəkildə bank xidmətlərini göstərmək məqsədi daşıyır. AtaBank ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizi uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat aparmaq üçün “Samur” şöbəsinə dəvət edir.

Ən sərfəli kredit üçün müraciət et

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et