Vergilər üçün plan azaldılır | Banco.az

Vergilər üçün plan azaldılır

2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 316 milyon manatı və yaxud 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 164,3 milyon manatı və yaxud 49,6%-i Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin, 3  milyard 451,6 milyon manatı və yaxud 15,1%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 785,6 milyon manatı yaxud 3,4%-i isə digər gəlirlərin payına düşəcək. 

Bu barədə "2019-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi"də bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Layihəyə görə, Vergilər Nazirliyinin proqnozu ötən ilə nisbətən 64 milyon manat və yaxud 0,9% azdır: Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmaların 68,1%-i və ya 4  milyard 980 milyon manatı qeyri-neft sektorunun, 31,9%-i yaxud 2 milyard 336  milyon manatı neft sektorunun payına düşür.

© Report

Ən sərfəli krediti almaq üçün müraciət et