Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb | Banco.az

Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyətini qəbul edib. 

Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Palatanın hazırladığı “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənədin (“Ağ sənəd”) müddəaları və 2019-cu il ərzində Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı məsələlər müzakirə edilib. Tərəflər, həmçinin, aksizlərin tətbiqi, yaxın gələcəkdə tətbiq olunması nəzərdə tutulan “Təqib və izləmə” sistemi, nağdsız ödənişlərin genişləndirilməsi sahəsində aparılan işlər və biznes ictimaiyyətini maraqlandıran bir sıra məsələlər ətrafında diskussiya keçiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Report

Ən sərfəli krediti almaq üçün müraciət et