Vergi və gömrük güzəştlərinin siyahısı təkmilləşdirilir | Banco.az

Vergi və gömrük güzəştlərinin siyahısı təkmilləşdirilir

Maliyyə Nazirliyinin hazırladığı "Mərkəzləşdirilmiş elektron reyestr sistemi"ndə vergi və gömrük sahəsində güzəştlərin siyahısı tərtib ediləcək. Yeni sistemin yaradılması ilə bağlı Maliyyə Nazirliyi tender elan edib. Tenderin nəticəsi olaraq reyestr sisteminin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasında məsləhət xidmətlərinin göstərilməsinə təcrübəli şirkətlər cəlb ediləcək.

Nazirliyin müəyyən etdiyi tender şərtlərinə görə, burada aşağıda göstərilən "Dövlət satınalmaları haqqında" Qanunla müəyyənləşdirilmiş şərtlərə əməl edən bu iddiaçılar iştirak edə bilərlər:

  • maliyyə və İKT sahəsində təcrübəsi olan;
  • texniki tapşırıqların hazırlanmasında, proqram təminatları və sistemlər üzrə məsləhət xidmətlərinin göstərilməsində, maliyyə-iqtisadiyyat və İKT ilə bağlı təhlillərdə ən azı 3 illik təcrübəsi olan;
  • məsləhətçinin digər layihələrdə tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirildiyini göstərən sənədlərin təsdiqləndiyi tamamlanmış ən azı 5 uğurlu layihə-tapşırığına bənzər təcrübəsi olan;
  • komandada risk, vergi, maliyyə və İKT sahəsində geniş təcrübəyə malik üzvlər aidiyyəti sahələrdə qanunvericilik və normativlərlə tanış və layihə idarə edilməsində təcrübəsi olan.

Vergiler.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et