Vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərənlərin vergi öhdəliyi | Banco.az

Vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərənlərin vergi öhdəliyi

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlərmi?

Vergilər Nazirliyi mövzunu şərh edərək bildirir ki, Vergi Məcəlləsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi əldə etdiyi gəlirdən xərclər çıxılmadan 2 faiz sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərə bilərlər.
Sadələşdirilmiş verginin hesabat dövrü rübdür və hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et