Vergi borcuna görə 634 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyulub | Banco.az

Vergi borcuna görə 634 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyulub

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 24 oktyabr tarixinə vergi borcu olduğuna görə 634 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.

Ən sərfəli kredit üçün müraciət et

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et