Venesuelanın “Petro” kripto valyutası NƏHAYƏT satışa çıxarılır | Banco.az

Venesuelanın “Petro” kripto valyutası NƏHAYƏT satışa çıxarılır

Venesuelanın iqtisadiyyat nazirinin müavini Tarek El-Aissami (Tareck El Aissami) ölkənin kripto valyutası “Petro” – nun satışına 29 oktyabr tarixində başlanılacağını açıqlayıb.

Image result for cryptocurrency petro

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, El-Aissami, kripto valyutanın satışının dollar, avro və ya yuan kimi xarici valyutalarla yanaşı Bitcoin, EthereumNEM – in də daxil olduğu digər kripto valyutalarla da həyata keçiriləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

El-Aissami qeydiyyatdan keçmiş “Petro” alıcılarının sertifikatlarının da veriləcəyini qeyd edib.

“Petro” əməliyyatlarının rəsmi internet səhifəsi vasitəsilə həyata keçiriləcəyini də bildirən El-Aissami, bu valyuta ilə ödəniş və əmanət əməliyyatlarının isə noyabr ayından icra ediləcəyini vurğulayıb.

O, həmçinin hökumətin də bundan sonra ödənişləri “Petro” ilə həyata keçirəcəyini qeyd edib və bildirib ki, artıq “Petro” ilə 500 milyon dollardan çox müqavilə imzalanmışdır.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç