Venesuela bu gün milli valyutasını denominasiya edir | Banco.az

Venesuela bu gün milli valyutasını denominasiya edir

Bu gündən Venesuelada dövriyyəyə yeni pullar buraxılacaq. 

Ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir. 

Buna səbəb Venesuelanın milli valyutası - bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir. 

Ən sərfəli kredit üçün müraciət et

Yeni pulların dəyəri Venesuelanın "Petro" adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et