“Vechain” “BMW” ilə əməkdaşlığını təsdiqləyib | Banco.az

“Vechain” “BMW” ilə əməkdaşlığını təsdiqləyib

“Vechain” və “BMW” əməkdaşlığına dair söz-söhbətlər “Vechain”-in CEO-su tərəfindən marka dəyişdirilməsi tədbirində təsdiqlənib.

Blockchain əsaslı iş zənciri inkişaf platforması olan “Vechain” Almaniya avtomobil nəhəngi olan “BMW” ilə əməkdaşlıq edir. Dünən baş tutan tədbirdə “Vechain”-in CEO-su Sanni Lu bu tərəfdaşlığı təsdiq edib.

“Vechain” və “BMW”-nin əməkdaşlıq etməsi uzun müddət kriptovalyuta bazarında eşidilirdi, lakin hər iki şirkət bununla bağlı rəsmi açıqlama verməmişdi.

“BMW” bir Blockchain şirkəti ilə əməkdaşlıq edən ilk avtomobil istehsalçısı deyil. “Volkswagen” bir müddət əvvəl IOTA ilə əməkdaşlığa başlayıb. Bu, IOTA-nın geniş məlumat bazasından yararlanmaq üçündür. IOT-ların tətbiqi üçün artan tələblər şirkətlərin böyük məlumat bazası sahələrinə çıxış əldə etməyə cəhd göstərməsinə səbəb olur.

Marka dəyişdirilir

“Vechain” öz markasını bir çox layihədə uğur qazanan “VeChain Thor”-a dəyişib. Yaxın vaxtlarda “Raiblock” markasını “NANO”-ya dəyişdi. Bu da token qiymətlərində ani yüksəlişə səbəb oldu.

“Vechain” (hazırki adı ilə “VeChain Thor”) eyni zamanda Oksford Universiteti ilə əməkdaşlığını da açıqlayıb. Bu universitet “VeResearch”-ün bir hissəsi olaraq “VeChain Thor” platformasının texnoloji inkişafına yardım edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Dünən Cənubi Koreyanın kriptovalyuta birjası olan “Coinnest” “VeChain” tokenlərini siyahıya alıb. Birbaşa olaraq VET təklif edən ilk birja adını qazanıb. Cənubi Koreya kripto sənayesinin bu coşğusu “VeChain Thor”-u daha da diqqət mərkəzinə gətirib.

Fevralın 25-dən VET tokenlərini “Coinnest”-də saxlamaq mümkündür. Bir gün sonra həmin tokenlərin ticarətinə başlamaq olacaq.

Birjada “VeChain Thor” tokenləri dekabrdan bəri çox yaxşı vəziyyətdədir. Qiymətini 0.24 dollardan, cari dəyəri olan 5.59 dollara qədər yüksəlib, 2230% dəyər qazanıb. Coin yanvarda özünün ən böyük rekordu olan 9.37 dollara yüksəlmişdi.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et