Veb saytınızı pul ödəmədən yaradın! | Banco.az

Veb saytınızı pul ödəmədən yaradın!

Uğurlu biznesin əsasında, şirkətin veb saytının qurulması dayanır.  Sizin şirkətinizin internet vasitəsilə və ya ənənəvi qaydada idarə olunmasından asılı olmayaraq, təkmil bir veb saytın olması çox vacibdir. Bu şirkətə yeni müştəri bazasının yaranmasında və mövcud müştərilərin sayının artırılmasında böyük dəstək olur.  Veb saytın ərsəyə gəlməsi vaxtaparan və çox məsrəfli iş kimi görünə bilər. Həmçinin vebdizaynerlərlə işləmək həqiqətən də çox çətin bir prosesdir. Onlar çox zaman işi vaxtında təhvil verməyi bacarmırlar. Hələ üstəlik siz buna görə onlara böyük məbləğdə pul ödəyirsiniz.

Buna baxmayaraq, veb sayt yaratmağın daha sərfəli yolları da var ki, onlardan biri də Wix.com - dur.

Ən sərfəli kredit üçün müraciət et

Wix.com sizə HTML5Flash kimi vebsayt dizaynları təklif edir ki, bunun sayəsində siz bahalı dizaynerlərə pul ödəmədən öz saytınızı özünüz yarada bilərsiniz. Həmçinin istədiyiniz qədər səhifə, xüsusi görünüş, şəkil qalereyası, animasiyalar, və blog platforma imkanları, sosial şəbəkə düymələri üçün limitsiz həcmə malik yer imkanı yaradır. Siz blanklara doldurulan bütün məlumatlara nəzarəti öz əlinizə alırsınız və bunun üçün heç də HTML-lə işləmək bacarığı tələb olunmur.

Veb saytınızın görünüş və forması şirkətiniz haqqında hər şeyi deyir. Bunu gözəl şəkildə ifadə etməyi isə Wix.com  sizə təmənnasız təklif edir.

Biznesin uğurlu olması üçün veb saytın da peşəkar səviyyədə qurulması vacibdir. Wix.com –da 280 fərqli vebsayt nümunələri var. Istədiyinizi seçib, öz saytınızı əlavə xərc çəkmədən qura bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et