Vaxtın idarə olunmasında ən çox yol verilən 10 səhv | Banco.az

Vaxtın idarə olunmasında ən çox yol verilən 10 səhv

Səhv №1. Müntəzəm olaraq görüləsi işlərin siyahısını tutmaq vərdişinin olmaması.
Bəzən elə hallar olur ki, insan işin vacib hissəsini yerinə yetirməyi unudur. Yəqin ki, bu, sizin də başınıza gəlib. Əgər belədirsə, deməli, siz ya gördüyünüz işlərin siyahısını tutmursunuz, ya da həmin siyahıdan effektiv şəkildə istifadə etməyi bacarmırsınız.

Səhv №2. Şəxsi hədəflərin olmaması.
Siz altı aydan sonra nə əldə etmək istədiyinizi bilirsiniz? Bəs bir ya on il sonra, necə? Əgər cavab yoxdursa, onda siz təcili olaraq özünüz üçün şəxsi hədəflər təyin etməklə məşğul olmalısınız.
«Şəxsi hədəflər vaxtın savadlı idarə olunmasından ötrü həyati əhəmiyyət kəsb edir. Çünki bu hədəflər sizdə nəyə can atmalı olduğunuz haqqında təsəvvür yaradır. Siz hansı istiqamətdə hərəkət etməli olduğunuzu biləndə, öz vaxtınızı, prioritet və resurslarınızı arzu olunanı əldə etmək üçün daha yaxşı idarə edirsiniz.

Səhv №3. Prioritetləri səmərəli, savadlı şəkildə düzmək vərdişinin olmaması.
Prioritetləri sıralamaq elə də asan deyil, lakin bunu öyrənmək mümkündür və eyni zamanda çox vacibdir. Effektiv prioritet bölgüsünün ən vacib aləti isə - Eyzenxauer Matrisasıdır. Onun haqqında məqalə oxuyun və onun əsasında qurulmuş pulsuz gündəlik yükləyin.

Səhv №4. Diqqət yayındırıcı faktorları idarəetmə səriştəsinin olmaması.
Siz bilirsinizmi ki, tədqiqatlara əsasən diqqət yayındırıcı faktorlar gündəlik iş vaxtının iki saata qədərini yeyir? 
Əgər siz öz iş gününüzə nəzarət etmək istəyirsinizsə, onda diqqət yayındırıcı faktorları idarə etməyi öyrənin. Məsələn, siz öz iş masanızın üzərində balaca «məşğul/azad» sözləri yazılmış lövhə qoya bilərsiniz. Çalışın ki, iş yoldaşlarınız başa düşməyə öyrəşsinlər ki, sizi nə vaxt narahat etmək olar, nə vaxt isə yox. 

Səhv №5. Prokrastinasiya
Prokrastinasiya – yerinə yetirilməli olan işin icrasını sonraya saxlamaq və ya ləngitməkdir. İşə başlamağı ləngitdikdə siz buna görə özünüzü günahkar hiss edirsiniz. Bu qapalı dairə sonda onunla nəticələnir ki, siz işi vaxtında təhvil ver bilmirsiniz.



Səhv №6. Həddindən artıq işin altına girmə vərdişi.
İnsanlara «yox» demək sizə nə qədər çətin görünür? Bu, digər tərəfdən öz üzərinə qaldıra bilməyəcək qədər ağır yük götürmək, prioritetləri düzgün sıralaya bilmək bacarığının olmaması ilə bağlı ola bilər.
«Yox» demək sizə nə qədər çətin görünsə də bunu etməyi bacarmalısınız.

Səhv №7. Məşğulluq hissindən həzz almaq.
Vinni Pux haqqındakı nağılda olan Dovşanı xatırlayırınız. Bu sözlər elə ona aiddir: Vacib tapşırıqların həllini son ana saxlamaq, diqqət tələb edən bir yığın kağız-kuğuz, ardı-arası kəsilməyən telefon zəngləri... Bütün bunlar insanda əsl adrenalin yüksəlməsinə səbəb ola bilər. Lakin sonda o bir asılılığa çevrilir və bu qaynar aktivlik fonunda iş öz mahiyyətini və nəticəsini itirir.
Problem ondadır ki, məşğulluğa olan bu ehtiras, çox nadir hallarda həm də effektivlik ilə uzlaşır, yəni bir ahəng təşkil edir. Sonda isə bu, çox ciddi stressə gətirib çıxara bilər.

Səhv №8. Eyni zamanda çox iş görmək.
Bu problem daha çox kişilərdə müşahidə olunur. Çünki tədqiqatlara əsasən, bir neçə işi eyni vaxtda görmək qadınlar üçün daha asandır. 
Əgər diqqəti məhz bir tapşırığın icrasında cəmləsək, sonra isə tapşırıqları prioritetlər ardıcıllığına uyğun şəkildə həyata keçirsək, işin keyfiyyəti kifayət qədər yüksələcək və stressin səviyyəsi aşağı düşəcək.

Səhv № 9. İşdə fasilələrin yoxluğu.
Hər şeydə qızıl orta qaydasını qorumaq lazımdır. İş fasilələri heç də vaxt itkisi kimi qəbul olunmalı deyil. Onlar beyinə müəyyən qədər istirahət imkanı yaradır. Bu isə bəzi məsələlərin həlli ilə bağlı intuitiv çıxış yollarını tapmağa kömək edə bilər.

Səhv № 10. İş gününün qeyri-effektiv şəkildə planlaşdırılması.
Siz torağaysınız ya bayquş? (ya da başqa cür soruşaq: siz gündüzlər daha məhsuldar olursunuz ya axşamlar?) Ən çox enerji qabarması sizdə nə vaxt müşahidə olunur? Naharın həzm olunması üçün sizə nə qədər vaxt lazımdır? Bəlkə nahardan sonra elektron poçtuna əl gəzdirmək lazımdır? Gün ərzindəki iş prosesinin tapşırıqlarını savadlı şəkildə sıralamaq sizin işin səmərəliliyini kəskin şəkildə yüksəldə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç