Vaxtı keçmiş kreditlərə görə narahat olmağa dəyər? | Banco.az

Vaxtı keçmiş kreditlərə görə narahat olmağa dəyər?

Hazırda elə bir ailə tapmaq olmaz ki, onun bankda krediti olmasın və hətta bəzi ailələrinin bir neçə banka borcu var. Əhalinin kredit müraciətlərinin sayı artmaqda davam edir və bu temp getdikcə daha çox sürətlənir. Belə ki, 2013-cü ilin III rübündə Mərkəzi Kredit Reyestrinə 1,8 mln sorğu daxil olmuşdur ki, bu da ilin əvvəlindəki göstəricidən 20% çoxdur.

2011-2014-cü ilin I rübü ərzində vaxtı keçmiş borclar 16% artsa da, bu ümumi kredit portfelinin artım tempindən (21%) aşağı olmuşdur. Bu isə bankların kredit riskini məqbul səviyyədə saxlamağa imkan vermişdir.

Cari ilin I rübünə əsasən vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 5,4%-i təşkil edir. Qeyd edək ki, bu göstərici üzrə tarixi maksimum (6,1%) 2011-ci ildə müşahidə olunmuşdur. Vaxtı keçmiş kreditlərin (VKK) xüsusi çəkisinin azalmasına təsir edən digər bir mühüm amil qısamüddətli kreditlərin keyfiyyətinin yaxşılaşmasıdır.

Vaxtı keçmiş kreditlər niyə yaranmışdır?

Ən sərfəli kredit üçün müraciət et

VKK-ın əksər hissəsini bum dövründə verilmiş kreditlər təşkil edir ki, həmin dövrlərdə də kredit anderraytinqi zəif olmuşdur. Lakin hazırda AMB kommersiya bankları üzərində nəzarəti gücləndirilmiş, borcalanlara qarşı qeyri-maliyyə tələblərini ciddiləşdirilmişdir. Bu tədbirlərin əsas məqsədi risk tolerantlığının azaldılması risk-gəlir tarazlığının gözlənilməsidir.

Banklar VKK-ın öhdəsindən gələ bilər?

Banklar bu növ aktivlərdən yarana biləcək itkiləri aradan qaldırmaq gücündədirlər. Belə ki, banklar vaxtı keçmiş kreditlər üzrə itkiləri bağlamaq üçün kifayət qədər ehtiyat ayırmışlar. Bu tip ehtiyatlar VKK-ın 80%-dən çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç