Valyuta birjalarında güclü dalğalanmaya səbəb ola biləcək hadisələr gözlənilir | Banco.az

Valyuta birjalarında güclü dalğalanmaya səbəb ola biləcək hadisələr gözlənilir

Bu gün dünya birjalarında Mario Draqinin çıxışı, İngiltərədə seçki və Avrozonadan inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.

Bu gün beynəlxalq valyuta birjalarında güclü dalğalanmaya səbəb ola biləcək hadisələr gözlənilir.

Bunlar arasında ən önəmlisi Avropa mərkəzi bank sədrinin Avropa mərkəzi bankların konfransında çıxışı, İngiltərədə partiya sədrliyinə keçiriləcək ikinci seçki mərhələsi və Avrozonadan açıqlanacaq inflyasiya dair önəmli fundamental məlumatlardır.

Ən sərfəli kredit üçün müraciət et

EUR/USD məzənnəsi 1.12$, GBP/USD məzənnəsi isə ucuzlaşaraq, 1.25$-a ticarət edilməkdədir.

Aparıcı valyutalar arasında dolların qiymətləri isə iyun ayının maksimum və minimumları arasında dalğalanmaqdadır.

Dünyada siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə dollara tələb daha çoxdur. Bu, avro və funt kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olur.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et