VAKANSİYA - müraciət etməyə tələsin | Banco.az

VAKANSİYA - müraciət etməyə tələsin

DəmirBankda işləmək arzusunda olan insanlar! DəmirBank aşağıdakı vəzifələrə işçi qəbulu elan edir:

Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı mütəxəssis 

İşin təsviri:

  • Bankın filialları üzrə müştərilərə göstərilən xidmətlərin yerinə yetirilmə səviyyəsini və keyfiyyətini yerlərdə yoxlamaq və müvafiq arayışlar hazırlayaraq şöbə müdirinə təqdim etmək;
  • Müştəri xidməti keyfiyyətinin müəyyən olunmuş standartlara uyğunluğuna nəzarət etmək;
  • Müştəri məmnuniyyətini davamlı olaraq izləmək və inkişafına nail olmaq üçün tədbirlər görmək;
  • Müştəri xidmətlərinin keyfiyyəti və yeni məhsul və xidmətlərlə bağlı işçilərin təlimatlandırılması zərurətini müəyyən etmək və şöbə müdirinə məlumat vermək;
  • Müştəri keyfiyyətinin nəticəsi olaraq müştəri dövriyyəsini (yeni və təkrar müştərilərin axınını) təhlil etmək;
  • Müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmətlərin göstərilməsi üçün şöbə müdirinə təkliflər vermək;
  • Müştəri məmnunluğunun ölçülməsi məqsədilə müştərilər arasında sorğular keçirmək, etirazlarını araşdırmaq və həlli istiqamətində tədbirlər görmək;
  • Müştəri xidməti keyfiyyəti ilə bağlı Bankın müştərilərlə işləyən əməkdaşlarına təlimlər keçmək;
  • Filiallarda müştəri xidməti səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə sistemini təhlil etmək və inkişafı üçün tədbirlər görmək.

Namizədə qarşı tələblər:

  • Komandada işləmək bacarığına malik olmalı;
  • Ali təhsil (maliyyə, iqtisadi sahələrdə);
  • Analitik və yaradıcı düşüncə tərzi olmalı;
  • Sözügedən sahədə minimum 2 illik iş təcrübəsi;
  • İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;
  • Yaxşı təhliletmə və təqdimat bacarığı olmalı. İqtisadi ali təhsil;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli. Rus və İngilis dilini bilənlərə üstünlük verilir;
  • DəmirBankda ən azı 1 il iş təcrübəsi olmalı;
  • Stres altında işləmə qabiliyyəti olmalı;
  • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
  • Yüksək etik-davranış qabiliyyəti olmalı;
  • Məsulliyyət, düzgünlük, təmkinlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
  • Analitik təhlil qabillətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 sentyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Strateji İnkişaf Departamentinə mütəxəssis 

İşin təsviri:

  • Ölkə və dünya iqtisadiyyatı, maliyyə bazarlarının təhlilinin aparılması;
  • Bank sektorunun izlənilməsi və inkişaf tendensiyalarının təhlilinin aparılması;
  • Bankın uzunmüddətli maliyyə planının qurulması layihəsində iştirak;
  • Hədəflərin yerinə yetilməsi barədə hesabatın hazırlanmasında iştirak;
  • Bankın Strateji baxışının və missiya hesabatının hazırlanması;
  • Strateji inkişaf planının layihəsinin hazırlanması və bu plan əsasında illik taktiki planların layihəsinin hazırlanması və təhlil edilməsi;
  • Strateji inkişaf planının və taktiki planın icrasının təhlili;
  • Strateji hədəflərin icrası barədə illik hesabat layihəsinin hazırlanması;
  • Bankın göstərdiyi bazarı və rəqiblər tərəfindən təklif olunan məhsul və xidmətlərin izlənməsi və inkişaf tendensiyalarının təhlili;
  • Uzun müddətli maliyyə planının layihəsinin hazırlanılması;
  • Maliyyə planının planlaşdırılmış və faktiki icra göstəriciləri arasında yaranan fərqlərin təhlili;
  • Maliyyə planına düzəlişlərin edilməsi barədə təkliflərin verilməsi;
  • Gəlir və xərc maddələrinin təhlil edilməsi;
  • Optimallaşdırma və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsi;
  • Maliyyə planlaşdırılması prosesinin təkmilləşdirilməsi barədə müvafiq təkliflərin verilməsi.

Namizədə qarşı tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • Komandada işləmək bacarığına malik olmalı;
  • Ali təhsil (maliyyə, iqtisadi sahələrdə);
  • Analitik və yaradıcı düşüncə tərzi olmalı;
  • Sözügedən sahədə minimum 2 illik iş təcrübəsi;
  • İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;
  • Yaxşı təhliletmə və təqdimat bacarığı olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 sentyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji İnkişaf Departamentinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyri-kredit məhsullarının satışı şöbəsinə baş mütəxəssis 

İşin təsviri:

  • Bankın qeyri-kredit məhsullarının satışı üzrə layihələrin hazırlanması və aparılması;
  • Əməliyyatçı-xəzinədarların satış potensialının inkişaf etdirilməsi;
  • Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
  • Biznesin strateji planlaşdırılmasında və planın icrasında iştirak edilməsi;
  • Əməliyyatçı-xəzinədarların fəaliyyətlərinə nəzarət mexanizmlərinin gücləndirilməsi;
  • Filiallarda satış üzrə biznes proseslərin optimallaşdırılması;
  • Filialların qarşısına qoyulmuş planların icrasına nəzarət edilməsi;
  • Kommunal ödənişlərin Bankın filial və şöbələri vasitəsilə həyata keçirilməsinin stimullaşdırılması məqsədilə müvafiq təkliflərin hazırlanılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsili;
  • İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;
  • Stres altında işləmə qabiliyyəti;
  • Problem həll etmək, operativ işləmək, qərarvermə, analitik təhlil və yüksək təqdimat bacarıqlarına sahib olmaq;
  • Sözü gedən sahədə minimum 2 illik iş təcrübəsi;
  • Kompyuterdə Microsoft Office Word, Excel, Outlook, Powerpoint, Adobe Acrobat kimi proqramlarında işləyə bilmək bacarığının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 sentyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qeyri-kredit məhsullarının satış şöbəsinə baş mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Saytımızda olan http://banco.az/az/jobs vakansiyalar bölməsini izləyin və arzuladığınız işi tapın!

Ən sərfəli krediti almaq üçün müraciət et