Vakansiya - Layihə koordinatoru | Banco.az

Vakansiya - Layihə koordinatoru

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Maliyyə Departamenti üçün LAYİHƏ KOORDİNATORU vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifə öhdəlikləri:

  • Alternativ Ödəniş Kanalları (AÖK) üzrə xidmət təminatçısına bütün lazımi məlumatlarla birgə təklifin göndərilməsi və xidmət təminatçıları ilə birlikdə terminalların quraşdırılması və ya mövcud terminalların yerlərinin dəyişdirilməsi işinin təqib edilməsi;
  • Yeni terminalların quraşdırılması və ya mövcud terminalların yerlərinin dəyişdirilməsi və  mübahisəli məsələlərin həlli zamanı yaranan məsələlərin xidmət təminatçıları və F/AZ filialları ilə koordinasiya edilməsi;
  • AÖK əməliyyatlarının aylıq əsasda hesabatının hazırlanması və təhlili;
  • Hər 15 gündən bir müştərinin kredit verilmə tarixinin yoxlanılması və qeyd olunan formatda sığorta şirkətinə təqdim olunması;
  • Müştərinin statusunu yoxlanılması və 2 həftəlik müddətə hesabat verilməsi, filiallarla birgə tələb olunan sənədlərin toplanmasının təmin edilməsi.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Uyğun sahədə (maliyyə, mühasibat, riyaziyyat) ali təhsil (magistr təhsili olanlara üstünlük verilir),
  • Uyğun sahədə ən azı 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə (xüsusilə MS Excel üzrə mükəmməl) biliklər;
  • Güclü təhliletmə qabiliyyəti, hesabatvermə və ünsiyyət bacarığı;
  • İşdə dəqiqlik, detallara diqqət etmək, şəffaflığın təmin olunmasına məsuliyyətli yanaşma;
  • Tez mənimsəmək qabiliyyəti, özünü inkişaf etdirmək məqsədi;
  • Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№061/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et