Vakansiya bankı işaxtaran vətəndaşlar üçün yeni imkanlar açır | Banco.az

Vakansiya bankı işaxtaran vətəndaşlar üçün yeni imkanlar açır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki "Məşğulluq" altsistemi işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənilməsinə imkan yaradıb. Dövlət və özəl müəssisələrdə olan vakant iş yerləri, bu iş yerlərinə qəbul ediləcək işçilər, onların peşə və ixtisaslarına, əmək bacarıqlarına və s. aid tələblər barədə məlumatların altsistemə daxil olunması prosesi davam edir. Yaxın vaxtlarda istifadəyə veriləcək "Məşğulluq" altsistemi vasitəsilə işəgötürənlər təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa zaman kəsiyində uyğun namizədi tapa biləcəklər. Sahibkarlar yeni iş yeri və vakansiya barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci beş iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara da vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant iş yerləri üzrə birbaşa müraciət imkanı verir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç