Vahid Ələkbərov kimdir? | Banco.az

Vahid Ələkbərov kimdir?

Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən zəngin insanları siyahısında ilk qırxlığa daxil olan yeganə azərbaycanlıdır. O, 1950-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov müsəlman və azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi. Ələkbərov iş həyatına 8 yaşından başlayıb.

Təhsili və iş həyatı

Azərbaycan Neft və Kimya İnstitutunu 1974-cü ildə bitirmişdir. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir.

Ailə həyatı

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var. Yusif 1990-ci ildə dünyaya gəlib. Atası kimi o da təbii resurslarla maraqlanır. 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir. V. Ələkbərov iqtisadiyyat elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür.

Ən sərfəli kredit üçün müraciət et

Ailə həyatı

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var. Yusif 1990-ci ildə dünyaya gəlib. Atası kimi o da təbii resurslarla maraqlanır. 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir. V. Ələkbərov iqtisadiyyat elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür.

Hər bir biznesmen kimi Vahid Ələkbərov da bu günlərə çətinliklərlə gəlib çıxıb.
BP-nin menecerlərindən olan Rondo Fellberq adlı şəxsin xatirələrinə görə, SSSR-nin dağılmasından sonra “British Petroleum” sovet neftçilərinin Britaniyaya səfərini təşkil edir.Ələkbərova nümayəndə heyətini toplamaq tapşırılır. Və o bu heyətin rəhbəri seçilir. R. Fellberq deyir ki, tədbirdə müzakirələrin gedişatını dərhal ələ alan Ələkbərov BP rəhbərliyinə müasir neft şirkətini necə yaratmağın yolları barədə suallar verir. Sovet İttifaqının çöküşündən cəmi 1 il keçməsinə baxmayaraq Ələkbərov hələ o zaman ölkənin dağılan neft obyektlərinə nəzarət etməyi planlaşdırırdı. Halbuki həmin ərəfədə onun aylıq əmək haqqısı biznes naharını belə ödəməyə yetərli deyildi.

Hazırda illik maaşı 2.5 milyon dollar olan Vahid Ələkbərovun sərvəti 13.9 milyard dollardır. Vahid Ələkbərov rəsmi olaraq dünyanın ən varlı azərbaycanlısı hesab edilir.

©Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et