Urbanizasiyanın yüksək olduğu ölkələr | Banco.az

Urbanizasiyanın yüksək olduğu ölkələr

Kənd əhalisinin şəhərlərə köçərək şəhər əhalisinin sayının artması, şəhərlərin böyüməsi, şəhərlərin rolunun yüksəlməsi urbanizasiya adlanır. Urbanizasiya səviyyəsi Dünya Bankı və BMT tərəfindən qiymətləndirilir.

Urbanizasiya şəhərlərdə sənayeləşmənin daha sürətlə getməsi, iş imkanlarının çox olması və daha yaxşı sosial imknalardan irəli gəlir. Hər kəs daha yaxşı yaşamaq, təhsil almaq, daha çox qazanmaq, daha yaxşı istirahət etmək arzusundadır. Lakin hər şeyin daha yaxşısını əldə etmək arzusu, başqa sözlə desək, kənd əhalisinin şəhərlərə axını bir sıra problemlər ortaya çıxardır.

Bu zaman şəhərlərdə sıxlığın artması nəqliyyat və mənzil problemlərini ortaya çıxarır. Nəqliyyat vasitələrinin artması tıxacların artmasına bu isə vaxt itkisi və gərginliyə səbəb olur. Əhalinin mənzillərə nisbətən çox olması isə mənzil bazarında qiymətləri artırır.

Əhalinin artması əmək ehtiyatının artmasıdır ki, bu da işsizliyi yaradan amillərdəndir. İşsizliyin bu səbəbdən artması cinayətkarlıq, oğurluq kimi mənfi halların artması deməkdir.

Eyni zamanda, urbanizasiya yüksək olan şəhərlərin ekologiyası da korlanır.

Şəhər əhalisinin daha çox olduğu ölkələr Çin, Hindistan və ABŞ-dır. Bu həmin ölkələrin əhali sayının çoxluğu ilə əlaqədardır. Azərbaycan bu sıralamada 86-cı yerdə olmaqla Gürcüstan və Ermənistanı qabaqlayır. Lakin bu rəqəmlər ölkələrin urbanizasiya səviyyəsini o qədər də əks etdirmir. Ölkə əhalisinin sayının fərqli olması bu göstəriciyə təsir göstərir. Məsələn, Sinqapur, Monako və s. kimi şəhər-dövlətləri bir şəhərdən ibarət olduğundan urbanizasiya səviyyəsi 100%-dir. 

Urbanizasiya səviyyəsi şəhərdə yaşayan əhalinin ümumi ölkə əhalisinə nisbəti kimi hesablanır. Ən çox şəhər əhalisi Çində olsa da, 59% urbanizasiya səviyyəsi ilə Ermənistandan (63%) geridə qalır. Azərbaycanda isə bu səviyyə 56%-dir. Yəni, Əhalinin 56%-i şəhərlərdə cəmləşmişdir.

Ölkələr Şəhər əhalisi
1

Çin

823 827 650
2 Hindistan 460 295 677
3

ABŞ

269 114 845
4 Braziliya 181 335 507
6

Yaponiya

115 920 900
7

Rusiya

107 539 347
11 Almaniya 64 113 235
12

Türkiyə

61 857 510
13 İran 61 266 765
15

Birləşmiş Krallıq

55 450 489
16 Fransa 53 887 219
23

İspaniya

37 528 982
27 Ukrayna 30 946 607
29

Kanada

30 169 985
42 Özbəkistan 16 635 227
55

Qazaxıstan

10 495 828
80 İsveçrə 6 284 953
86

Azərbaycan

5 535 892
93 Finlandiya 4 711 421
97

Norveç

4 370 935
115 Türkmənistan 3 018 659
126

Gürcüstan

2 187 560
133 Ermənistan

1 864 017

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et