Unicapital yenə renkinqin birincisidir | Banco.az

Unicapital yenə renkinqin birincisidir

Bakı Fond Birjası (BFB) bu ilin yanvar-iyul aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2,642 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 1,488 mlrd. manatla "“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 1,290 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1,083 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 137,5 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 53,3 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Unicapital 2 641 768 652
2 PAŞA Kapital 1 488 117 319
2 İnvest-Az 1 289 838 798
3 AzFinance 1 083 250 902
4 PSG Kapital 137 502 129
5 Kapital Menecment 53 258 858

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et