Unibankın dəstəyi ilə forum keçirilib | Banco.az

Unibankın dəstəyi ilə forum keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Unibankın dəstəyi və PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığıilə “Ümumtəhsil müəssisələrində psixoloji böhran və ona yanaşma metodları" adlı I Milli Forum keçirilib.

200-ə yaxın təhsil işçisinin iştirak etdiyi forumda, orta məktəblərdə psixoloji böhran halları zamanı çıxış yolları və məktəblilərə psixoloji dəstək istiqamətində məruzələr olunub.  Məktəblərdə psixoloji böhran halı, böhran zamanı şagirdlərin reaksiyaları, uşaq və yeniyetmələrdə böhranın qiymətləndirilməsi, psixoloji böhran zamanı məktəbin idarə olunması ilə bağlı mütəxəssis çıxışları maraqla qarşılanıb.  Foruma qatılanlar məktəblərdə hansı halların şagirdlər üçün psixoloji böhran olduğu, belə hallarda şagirdlərdə hansı davranışların və duyğuların müşahidə oluna biləcəyi, ümumi olaraq bu hallar yaşanıldıqdan sonra məktəb kollektivinin gələcəkdə hansı işləri görməli olduqları haqda suallara cavab tapıblar. Təhsil işçiləri bu mövzularda öz fikirlərini bölüşüblər, məktəbdə şagirdlərin qarşılaşdıqları real psioxoloji böhran halları nümunəsində mütəxəssislərin çıxış yolları ilə bağlı tövsiyyələrini dinləyiblər.

Ən sərfəli kredit üçün müraciət et

Sonda tədbirdə iştirak edən müəllim və psixoloqlara sertifikatlar təqdim olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et