Ukraynalı rahib kiber cinayətdə günahlandırılaraq həbs olundu | Banco.az

Ukraynalı rahib kiber cinayətdə günahlandırılaraq həbs olundu

Amerika polisi kiber cinayətdə şübhəli bilinən Ukrayna əsilli Amerika vətəndaşı Vitaliy Korçevsk və 10 nəfərlik xaker qrupunu tutub. Onlar beynəlxalq kiber cinayətdə yer almaqda təqsirli bilinirlər. Beləki, Bloombergin verdiyi məlumata görə, Vitaliy bir qrup xakerlə böyük şirkətlərin məlumatlarını ötürməkdə günahlandırılır. Medianın verdiyi məlumata görə, Vitaliy bu yolla 14 milyon dollara qədər pul qazanmağa müvəffəq ola bilib.

Cinayətkar qrup 2010-2015-ci illər ərzində PRNewswire, Marketwired Business Wire kimi şirkətlərin dərc olunmamış məlumatlarını (press-reliz) öz əməkdaşlıq etdiyi şirkətlərlə paylaşmış və onlar da öz növbəsində Boeing, Hewlett-Packard, Caterpillar, Oracle və bu kimi şirkətlərin birja auksiyonlarında uğurla istifadə etmişlər. Buna misal olaraq, Caterpillara aid məlumatları göstərmək olar. Beləki, oğurlanmış məlumatda şirkətin gəlirinin 36% artdığı və dəyərinin yüksəldiyi əks olunmuşdu. Xakerlər bu haqda məlumatı daha tez bildikləri üçün onun səhmlərini 8.3 milyona almış və məlumat cəmiyyətə açıqlandıqdan sonra onlar aldıqlarından daha çox gəlir əldə ediblər. Bu sadəcə bir nümunə olsa da ümumilikdə xaker qrupu 150000 belə məlumat oğurlamış və 1000-dən çox birja əməliyyatına müdaxilə edə bilmişlər. Bunun nəticəsində 100-yə yaxın şirkət maliyyə itkisi ilə üzləşib.

Ən sərfəli kredit üçün müraciət et

Prosesin mərkəzində yer alan Vitaliy isə ilk başlarda Morgan Stanley şirkətinin vitse-prezidenti olub, daha sonra Pensilvaniyaya köçərək kilsədə rahib olub. O, 2015-ci ildə fırıldıqçalığa görə tutularaq 100000 dollar qarşılığında azadlığa buraxılmışdı. Aparılan araşdırmalarda onun Pensilvaniya və Gürcüstanda 5 milyon dollar dəyərində əmlakı, eyni məbləğdə bank hesabı aşkarlanaraq müsadirə olunub.

Cinayətdə adı hallananlardan ikisinin oğul və ata olmaqla bir ailənin də xaker qruplaşmasında yer aldığı bildirilir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et