Uğuru uğursuzluqdan qazanın! | Banco.az

Uğuru uğursuzluqdan qazanın!

Müəllif: Bəxtiyar Hacıyev

Çinin ən varlı adamı, Alibaba-nın sahibi (29.7 milyardı var) Jack Ma-nın Davosdakı çıxışı zamanı insanı ruhlandıran və özünəinamı artıran bir neçə məqama toxunmuşdu. Adamın super yumor hissi var. Beləliklə o deyir ki:

- 10 dəfə Harvarda müraciət etdim, hamısında mənfi cavab aldım. Sonra fikirləşdim ki, bir gün gərək gedib dərs deyim orada.


- 30 dəfə iş müraciətlərimə rədd cavabı verildi. Çində KFC-də iş üçün 24 nəfər müraciət etdi, 23 nəfər qəbul edildi, mənə rədd cavabı verildi. 5 nəfər polisə müraciət etdi, 4-ü qəbul edildi, mənə rədd cavabı verildi. İnanmıram ki, dünyada kimsə 30 dəfədən artıq rədd cavabı alsın. Mən bu qədər rədd cavabı alıb uğurlu olursamsa, hamı uğurlu ola bilər.


- Liderlik məsuliyyət götürmək deməkdir. Davosda ilk dəfə olanda zəng edib dostuma dedim ki, online ödəmə sistemi qur, əgər buna görə kimisə həbs edəcəklərsə, mən həbs edilməyə razıyam.

Ən sərfəli kredit üçün müraciət et


- Forrest Gump filminə baxanda düşündüm: Gördüyün işə inan və o işi gör, insanlar bu işi sevsə də, sevməsə də.


- Mənim rolum dünyanı dəyişmək deyil, bu, Obamanın işidir.  Mənim işim dünyanı inkişaf etdirməkdir. Əsas olan öz komandamın xoşbəxt olmasıdır. Komandam xoşbəxt olanda müştərilərim də xoşbəxt olur.


- Həyat yoldaşımdan soruşdum: Ərinin varlı olmasını, yoxsa, hörmət edilən olmasını istəyirsən? Xanımım dedi ki, əlbəttə, hörmət edilən olmasını.


- Sənin 1 milyonun olanda, bu pul sənindir. 20 milyonun olanda, problemlər başlayır. İnflasiya və s. haqqında düşünürsən. 1 milyardın varsa, bu pul sənin deyil, insanların sənə verdiyi, göstərdiyi etimaddır.

Ən sərfəli krediti almaq üçün müraciət et