Uğuru özünə maqnit kimi çəkən Xiaomi-nin qurucusu Lei Jun-un həyatı | Banco.az

Uğuru özünə maqnit kimi çəkən Xiaomi-nin qurucusu Lei Jun-un həyatı

Çinin özəl elektronika şirkəti Xiaomi-nin qurucusu Lei Jun adını dünyaya tanıdan nümunə ola biləcək bir insandır. Gəlin, son dövrlərin ən uğurlu iş adamlarından Lei Jun-un həyatına yaxından nəzər salaq.

Həmçinin oxu: iPhone – u olmayan Apple səhmdarı kimdir?

Texnologiya nəhəngi Xiaomi şirkətinin günümüzdə adını bilməyən yoxdur, sektorun demək olar ki, hər sahəsinə öz imzasını ataraq iş miqyasını genişlətməyə davam edir. 2010 – cu ildə Çinin paytaxtı Pekin şəhərində yaradılan şirkət haqqında bir çox məlumata sahib olsaq da, onun qurucusu Lei Jun haqqında geniş məlumatımız yoxdur.

Lei Jun, dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Xiaomi-nin qurucusu və CEO –sudur. Hətta o, bir müddət “Çinin Stiv Cobsu” olaraq adlandırılırdı.

Bugünkü dəyəri təqribən 46 milyard dollar olan şirkətin qurucusu və CEO-su Jun-un həyatı isə heç də asan olmamışdır:

Jun 16 dekabr 1969 – cu ildə Çində dünyaya gəlmişdir. Uşaqlıq illərində bir çox çətinliklə mübarizə aparmalı olan Jun, o illərin əksər hissəsini sənaye bölgələrində keçirmişdi. 1987 – ci ildə Mianyang Orta məktəbində təhsil alan gənc Jun uğurlu nəticə ilə Wuhan Universitetinin Kompüter Elmləri fakültəsinə qəbul olur.

Universitetdə olduqca uğurlu təhsil həyatı olan Jun 1991 – ci ildə həmin universitetdən məzun oldu.

Təhsil həyatını başa vuran Lei Jun karyerasına Kingsoft şirkətində başlamışdı. Karyerasının ilk 7 ilini bu şirkətdə keçirən Jun, daha sonra şirkətin CEO – su və sədri olur. Həyat artıq onun da üzünə gülməyə başlamış, səylərinin nəticəsini gənc yaşlarında görmüşdü.

Şirkətin sədri və CEO –su olaraq davam etdiyi karyerası ilə kifayətlənmək istəmədiyini başa düşdükdən sonra özünə yeni bir yol xəritəsi çəkməyə qərar verən Jun, 2000 – ci ildə Joyo.com adında onlayn kitab mağazası açır. Qısa müddət ərzində sürətlə böyüyən markanın adı bütün dünyaya yayıldı.

Ən sərfəli kredit üçün müraciət et

Amazon Joyo.com saytını almaq istəyir. Konsepsiyaya və markaya olan böyük marağının nəticəsində Amazon bu saytı 75 milyon dollara satın alır:

Bu hadisə Lei Jun üçün yeni bir dönüş nöqtəsi oldu. Sərmayəçi kimliyini kəşf edən Jun, Vancl.com, YY.com və UCWeb kimi bir çox layihəyə imza atır, adını daha da dünyaya tanıdır.

Karyerasında əmin addımlarla irəliləyən Lei Jun 2007 – ci ildə Kingsoft şirkətindəki cari vəzifəsindən səhhəti ilə bağlı problemlər səbəbilə istefa etmək məcburiyyətində qalır, yeni vəzifəsi isə sədrin müavini olaraq dəyişdirilir.

2010 – cu ildə Çin tarixinin bəlkə də ən mühüm investisiyalarından birinə imza ataraq Xiaomi şirkətini təsis edir. Həmin illərdə Jun Stiv Cobsu özünə rol model seçdiyini söyləmişdi:

Xiaomi bu gün bir çox insanın ağıllı telefonları səbəbilə tanıdığı bir şirkətdir. Halbuki, şirkətin gördüyü işlər telefon istehsalı ilə məhdudlaşmır. Elektronik avadanlıqlar bazarında ağlınıza belə gəlməyəcək qədər geniş məhsul çeşidinə malik olan şirkət kondisoner belə istehsal edir. Asiyalı şirkətlərin bir çoxuna xas olduğu kimi bu şirkət də təkcə bir kateqoriyadan deyil, bir əsas kateqoriyadan yola çıxaraq inkişaf edir.

Lei Jun əldə etdiyi uğurları dünyaya sübut edərək elektronik avadanlıqlar bazarının istiqamətini Çinə doğru çevirən şəxslərdən biridir. ABŞ və Cənubi Koreya mənşəli şirkətlərin rəqabət yarışında bu gün bir çox Çin firması varsa, bu işdə Lei Jun-un rolu böyükdür.

Həmçinin oxu: Yahoo-nun ortağı Cerri Yanqın həyat hekayəsi

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et